Mərkəzi Bank yeni ödənişlər sistemini istismara verdi
Ani Ödənişlər Sistemi fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcəkdir.“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilmişdir.
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirlir.
Məlumatda qeyd edilib ki, bu gün ölkəmizdə mövcud olan, Mərkəzi Bank tərəfindən yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır.
Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin, müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir.
Ani Ödənişlər Sistemi fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcəkdir. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaqdır.
Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, "Müştəridən müştəriyə") tipli ödənişlərin həyata keçirilməsi təmin olunmuşdur.
AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcəkdir. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcəkdir.
AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın həcminin əhəmiyyətli azalmasına və yekunda nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
14 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















