Avro və Funtda bahalaşma proqnozları
Beynəlxalq valyuta birjalarında bu gün Avrozona və İngiltərə iqtisadiyyatlarına dair dərc ediləcək önəmli fundamental məlumatlar öncəsi, avro və funtun qiymətlərində bahalaşma müşahidə edilir.
Texniki analizə əsasən, EUR/USD məzənnəsi 1.17, GBP/USD məzənnəsi isə 1.30$-ın üzərində ticarət edildikcə, hər iki maliyyə aləti üzrə bahalaşma proqnozları üstünlük təşkil edilr. Beləliklə, avro 1.19 və funt 1.33$-a kimi dəyər qazana bilər.
EUR/GBP valyuta cütlüyünün qiymətində maraqlı texniki mənzərə yaranmaqdadır. Belə ki, iyulun başlaması ilə avronun funta nisbətən daha çox təzyiq gördüyünün şahidi oluruq. Bu müqavimət qiymət 0.90 funtun altında qalarsa, daha da güclənə bilər. 0.8860 funtun qırılması ilə ucuzlaşma 0.8670 funta kimi daha da sürətlənə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin əmək bazarı ilə bağlı göstəricilərin və saat 13:00-da Almaniya və Avrozonada gələcək iqtisadi gözləntiləri ölçən indeksin dərc edilməsi də investorlar tərəfindən böyük maraqla gözlənilir.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti tarixi maksimum səviyyəsini yenilədikdən sonra korreksiyaya başlayıb və bir unsiya üzrə qiymət 2014$-ın altında qalarsa, 1974 və 1933$-a kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)

