“Xaliq Faiqoğlu” şirkəti: Marşrut xətləri üzrə avtobusların sayı azaldılmayıb
“Xaliq Faiqoğlu” şirkəti müntəzəmmarşrutxətləri üzrə avtobussayının azaldılması və süni sıxlıq yaradılması ilə bağlı bu gün yayılmış məlumatlarla əlaqdar KİV-dən daxil omuş sorğulara münasibət bildirib.
Şirkətin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Marja-ya bildirib ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan istehsalat bazaları üzrə işlək vəziyyətdə olan bütün nəqliyyat vasitələri həmişə olduğu kimi sərnişinlərin xidmətinə verilir:
“Xaliq Faiqoğlu” şirkəti pandemiya dövründə də sərnişinlərə yüksək keyfiyyətli, fasiləsiz və təhlükəsiz xidmətin göstərilməsi məqsədilə gücləndirilmiş rejimdə fəaliyyət göstərməkdədir. Bildirmək istəyirik ki, pandemiya dövründə, xüsusilə sərnişin axınının nisbətən artdığı son günlərdə şirkət tərəfindən istismar edilən nəqliyyat vasitələrinin sayı azaldılmayıb və xəttə braxılan avtobusların sayı barədə gündəlik olaraq aidiyyatı qurumlara məlumat verilir. Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Xaliq Faiqoğlu” şirkəti hazırda istismarında olan marşrut xətləri ilə yanaşı Bakı şəhəri üzrə tibbi heyətlərin tibb müəssisələrinə və evlərinə əvəzsiz olaraq daşınması prosesini də həyata keçirir. Belə ki, tibbi heyəti daşıyan nəqliyyat vasitələri tibbi-profilaktik şərtlər nəzərə alınaraq gün ərzində digər sərnişinlərə xidmət göstərmir. Xüsusilə paytaxtmızda ictimai nəqliyyatın işləmədiyi şənbə-bazar günlərində tərəfimizdən kifayət qədər nəqliyyat vasitələri ayrılır və tibbi heyətlərin daşınması yüksək səviyyədə icra edilməkdədir. Bundan başqa şirkət ona həvalə olunan 2 ekspress marşrut xətti üzrə də sərnişinlərə xidmət göstərir”.
N.Rzayev onu da bildirib ki, pandemiya dövründə şirkət ziyanla işləməkdədir: “Bununla belə işçi sayında azalma qeydə alınmamışdır, sərnişinlərin sanitar-epidemioloji qaydalara riayət edilməklə daşınması davam etdirilməkdədir. İş prosesində Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qaydaları, eləcə də tapşırıq və tövsiyyələri əsas götürülür”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























