Bakının marşrut xətləri sıfırdan qurulacaq
"Biz Bakı şəhərində marşrut xətlərini sıfırdan quracağıq". Bunu müsahibəsində Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.
"Təsəvvür edin ki, heç bir marşrut xətti yoxdur. BNA tərəfindən Lökbatandan "28 May"a gəlmək istəyənlərin sərnişin axınını, dayanacaqlar arasındakı məsafə, intervallar, yol şəraiti hesablanır. Biz, məsələn, Dərnəgül, Lökbatandan hərəkət edən avtobusları nömrədən əlavə xüsusi hərflərlə də nişanlayacağıq. Məsələn, "L21". Vətəndaş da biləcək ki, bu "L" hərfi ilə nişanlanmış avtobus Lökbatana gedəcək. Başqa bir misal gətirim. Tutalım, üzərində "M15" nişanı olan avtobus mərkəzə, yəni "28 May" istiqamətində hərəkət edəcək. Bunun hesabına biz də biləcəyik ki, "28 May"dan Lökbatan istiqamətinə, məsələn, 100 min sərnişin gedir və bu sayda insanın daşınması üçün filan qədər avtobus, filan qədər dayanacaq lazımdır. Bunları müəyyən edəndən sonra daşıyıcıların kombinasiyasını düşünəcəyik. Bu günlərdə biz 18 və 7 nömrəli xətləri ləğv etdik. İkisi də eyni marşrut üzrə hərəkət edirdi və ikisində də eyni səviyyəli avtobuslar var idi. Biz bu addımı atdıqdan sonra Lökbatandan "28 May"a hərəkət edən 125 saylı xətti açdıq. İndi bu istiqamətdə yenə işlərimiz davam edir. Bu, bir qədər ağrılı prosesdir, çünki hər daşıyıcı xətdən çıxmaq istəmir. Sahibkar vaxtilə bu xətləri alıb, lakin sənədləşdirmə problemləri var: xətt sahibi ya müvafiq sənədi tapa bilmir, ya da bu sənədlərin hüquqi qüvvəsi yoxdur. Ana arteriya sayılan xətlər sıfırdan qurulacaq. Ümumilikdə, dünya praktikasında sərnişindaşımanın təşkilində ana xətlər və bu ana xətlərə köməkçi olan kiçik xətlər mövcuddur", - deyə o bildirib.
Qurum rəhbəri bildirib ki, marşrut xətlərinin tam olaraq sahibkarların nəzarətinə verilməsi yanlış addımdır: "Bu gün Bakıda 2049 avtobus var ki, bunlardan 300-ü "BakuBus" MMC-yə, qalanları isə sahibkarlara məxsusdur. Mən ümumiyyətlə düşünürəm ki, xətt sahibkara məxsus olmalı deyil. Bu xətlərin əksəriyyəti dövlətə məxsus olmalıdır. Niyə? Çünki söhbət ictimai-sosial sahədən gedir. Bizdən öncə bu xətlər sahibkarlara verilib, amma bu, düzgün addım deyildi. Bu cür məsələlərin həlli üçün BNA yaradılıb. Dünya təcrübəsinə nəzər salaq. Tutaq ki, 125 saylı xətt üzrə 20 marşrut lazımdır və bunun 15-ini dövlət verir, 5-ini isə müvafiq tenderdə qalib gələn sahibkarlar. Dünya praktikası göstərir ki, bir marşrut xəttinin tam olaraq sahibkardan asılı olması böyük riskdir. Biz dəfələrlə görmüşük ki, qarlı havalarda sahibkarlara məxsus olan xətlərdə avtobuslar işləmir. Paradoks ondadır ki, onu nə cərimə edə, nə də xətdən kənarlaşdıra bilirsən. Təsəvvür edin ki, biz məcbur olaraq "BakuBus" MMC-nin avtobuslarından taksi kimi istifadə edirdik ki, heç olmasa sərnişinləri yaxın metro stansiyasına çatdıraq. Niyə? Çünki sahibkar avtobusunun şinlərini dəyişməkdə, sahibkar sürücüsünə təlim keçməkdə, sahibkar maaş sisteminə keçiddə maraqlı deyil. Utilizasiya proqramı başa çatdıqdan sonra ictimai nəqliyyat sistemi dövlətin nəzarətində olacaq və bu proses dünya praktikasına əsaslanıb. Düzdür, sahibkarlar tərəfindən müəyyən investisiyalar qoyula bilər, amma sahibkarların tam nəzarətindən söhbət belə gedə bilməz".
Müsahibənin tam mətni bir qədər sonra sayta yerləşdiriləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
13 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
14 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)










.jpg)



