Azərbaycan hökuməti 2020-ci ildə iqtisadiyyatın 5% azalacağını proqnozlaşdırır
Azərbaycan hökuməti koronavirus pandemiyasının mənfi nəticələri nəzərə alınmaqla 2020-ci il üçün ölkədə ÜDM üzrə proqnozları yeniləyib. Bu barədə hökumətdən məlumat verilib.
Yenilənmiş proqnozlara əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 5% azalacağı gözlənilir.
"May ayında İqtisadiyyat Nazirliyi 2020-ci ilin yekunları üzrə ÜDM-nin 3,8% azalacağını proqnozlaşdırmışdı. İyul ayında proqnoz yeniləndi və hazırda iqtisadiyyatın ilin sonuna təxminən 5% azalacağı proqnozlaşdırılır", - deyə hökumətdən qeyd ediblər.
Azərbaycan hökuməti pandemiyaya qədər 2020-ci il üçün ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırmışdı.
Bununla yanaşı, bütün beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının tənəzzülə uğrayacağı gözlənilir. Xüsusilə Dünya Bankı 2,6% (2021-ci ildə artım 2,2%), Beynəlxalq Valyuta Fondu 2,2% (2021-ci ildə artım 0,7%), Asiya İnkişaf Bankı 0,1% (2021-ci ildə artım 1,2%), Avropa Yenidənqurma və İnkişaf Bankı 3% (2021-ci ildə artım 3%) səviyyəsində azalma proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























