Azərbaycanda 13 bankın xalis mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün bu ilin I yarısındakı (xalis) mənfəəti ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Günay Bank", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Unibank", "Rabitəbank", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Bank of Baku", "Yapı Kredi Bank Azərbaycan" və "Azər-Türk Bank"dır.
Ən çox azalma "Azər-Türk Bank"da (96,6%), ən az azalma isə "Zıraat Bank Azərbaycan"da (3,1% az) qeydə alınıb.
6 bankın isə (xalis) mənfəəti artıb. Bunlar "Turan Bank", "Kapital Bank", "Naxçıvan Bank", "Express Bank", "AFB Bank" və "Xalq Bank"dır. Ən yüksək dinamika "Turan Bank"da (7,4 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (9,7%) qeydə alınıb.
2 bankın - Pakistan Milli Bankının Bakı filialının və "Muğan Bank"ın isə zərəri azalıb. Müvafiq olaraq 7,5% və 80,9%.
2 bank - "Access Bank" və İran Milli Bankının Bakı filialı bu ilin yanvar-iyun aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 3 bank - "Bank Avrasiya", "Bank BTB" və "Yelo Bank" isə bu ilin I yarısını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
5 bank zərərlə işləyir
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-i bu ilin I yarısını zərərlə başa vurub.
Bunlar "Bank BTB", Pakistan Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "Muğan Bank" və "Yelo Bank"dır.
Zərərin ən yüksək həddi "Yelo Bank"da (13 milyon 583 min manat), ən aşağı həddi isə "Bank BTB"də qeydə alınıb.
Qalan 21 bank isə müxtəlif məbləğlərdə mənfəət əldə edib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (170 milyon 556 min manat), ən aşağı göstərici isə "Azər-Türk Bank"da (26 min manat) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 26 d. əvvəl
-
-
36 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”






















