“AFB Bank” ”Fitch” ilə əməkdaşlığı dayandırır
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC “Fitch” reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bütün dünyada qlobal böhrana yol açan COVİD-19 pandemiyasının yaratdığı yeni iqtisadi reallıqlar hazırda kommersiya banklarının da kredit reytinqinin yenilənməsinin əhəmiyyətini azaldır. Xarici maliyyə bazarlarında baş verən kataklizmlər vəsait cəlb etmək imkanlarını çətinləşdirmiş, həmçinin kredit qoyuluşlarının azalması fonunda kredit reytinqinin yenilənməsini Bank üçün qeyri-rasional etmişdir. Biznesin inkişafı məsələlərində strategiya bir daha nəzərdən keçirilərək “Fitch” reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərara alınmışdır.
"Bununla yanaşı qeyd edək ki, Bankın LT İDR reytinqi "B-" səviyyəsində qiymətləndirilmişdir. Çətin iqtisadi vəziyyətə baxmayaraq “AFB Bank”ın kapital mövqeyi tələb olunan normativlərdən kifayət qədər yüksəkdir və bu reytinq ölkə üzrə aparıcı kommersiya bankları arasında olan ən yüksək reytinqlərindən biridir.
Məlumat üçün bildiririk ki, “AFB Bank”ın mənfəətində arıtm qeydə alınmışdır. Bankın bu ilin 1-ci rübünün mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 23 dəfə çoxdur",- məlumatda bildirilir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 d. əvvəl
-
-
26 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 42 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”






















