“SOCAR Polymer” avqustda tibbi maskalar üçün 2000 tonadək məhsul istehsalı planlaşdırır
Bu ilin may ayında “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen zavodunda 611 tona yaxın həcmdə tibbi maska istehsalı üçün yararlı olan HB 2662 FS polipropilen növü istehsal olunub.
Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bu polimer növünün növbəti sınaq partiyasının istehsalından sonra, avqust ayında daha ən azı 1500-2000 ton həcmində istehsalı planlaşdırılır.
O qeyd edib ki, bazar araşdırması aparılandan sonra nəzərdə tutulan istehsalat həcmləri dəqiqləşdirilib təsdiqlənəcək.
Qeyd edək ki, may ayında “SOCAR Polymer”dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyasını istehsal edib.
Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






