Sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 355 milyon 907 min manat sığorta haqqının 281 milyon 66 min manatı və yaxud 79%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (116 milyon 541 min manat), "PAŞA Sığorta" (90 milyon 581 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta" 38 milyon 314 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (18 milyon 5 min manat) və "Qala Sığorta" (17 milyon 580 min manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (440 min manat) və "Bakı Sığorta” (575 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,02 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 73 milyon 821 min manat (20,7%) təşkil edib.
Sığorta ödənişlərinin 82%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 136,8 milyon manat sığorta ödənişinin 111 milyon 969 min manatı və yaxud 81,85%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (57 milyon 340 min manat), "PAŞA Sığorta" (27 milyon 919 min manat), "Atəşgah Həyat Sığorta" (12 milyon 915 min manat), “Xalq Sığorta” (7 milyon 191 min manat) və "Atəşgah Sığorta" (6 milyon 604 min manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "Bakı Sığorta" (78 min manat), "Rəvan Sığorta" (176 min manat) və “AXA Mbask” Sığorta Şirkəti (274 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 528 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 24,303 milyon manat (17,75%) təşkil edib.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

