Qlobal reklam bazarını da tənəzzül gözləyir
Qlobal reklam bazarı cari ilin sonunadək koronavirus pandemiyasının təsirindən əziyyət çəkəcək, lakin artıq gələn il sözügedən sahənin bərpa olunacağı gözlənilir.
Bu barədə "IPG Mediabrands" şirkətinin bölməsi olan "Magna Global"ın araşdırmasında deyilir.
Araşdırmada qeyd olunur ki, bu il qlobal reklam gəlirləri 7% azalacaq – 582 mlrd. ABŞ dollarından 540 mlrd. dollaradək. Küçə, televiziya, radio, çap reklamlarından, həmçinin kinoteatrlarda reklamdan əldə olunan gəlir 16% azalaraq 238 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
Rəqəmsal reklamdan (axtarış, video, sosial şəbəkələr, bannerlər) mütəxəssislər daha yaxşı dinamika gözləyir – 1% artımla 302 mlrd. dollara qədər. Bu, əsasən, pandemiya səbəbindən istifadəçilərin daha çox vaxtını onlayn keçirməsi və smartfonlardan daha aktiv istifadə etmələri ilə əlaqədardır.
"Magna"nın mütəxəssisləri hesab edir ki, SMM və onlayn reklam sahələri 8% artacaq. Axtarış ən böyük rəqəmsal reklam formatı olaraq qalacaq (142 mlrd. dollar), lakin qlobal satışlarda durğunluq olacaq (-1%). Sosial mediada reklam gəlirləri əvvəlki illərlə müqayisədə az olacaq, banner reklamlarının gəlirləri isə 11% azalacaq.
İdman verilişlərinin olmaması və ümumiyyətlə tələbatın az olması səbəbindən TV-də reklamdan əldə olunan gəlirlər 12% azalacaq. Mütəxəssislər çap sənayesində reklam gəlirlərinin azalmasını 32%, radioda isə reklam satışlarının 15% azalacağını gözləyir.
Ən böyük azalma isə kinoteatrlarda reklam gəlirlərində proqnozlaşdırılır – 40%.
Ekspertlər hesab edir ki, 2021-ci ildə böyük idman tədbirləri hesabına reklam gəlirləri 6,1% artacaq. Buna baxmayaraq, bərpa uzunmüddətli perspektivdə reklam sənayesinə mənfi təsir göstərəcək.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 21 d. əvvəl
- 32 d. əvvəl
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























