Dünya Bankı qlobal iqtisadiyyat barədə proqnozunu pisləşdirdi
Dünya Bankı bu il dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 5,2% azalacağını proqnozlaşdırır.Dünya Bankı Qlobal İqtisadi Gözləntilər Hesabatının İyun 2020 sayını yayımlayıb.
Marja xəbər verir ki, hesabarda yeni növ koronavirus (Kovid-19) epidemiyasına qarşı görülən tədbirlərin qlobal iqtisadiyyatı azaldacağı qeyd edilib.
Hesabatda, qlobal iqtisadiyyatın bu il 5,2% kiçiləcəyi proqnozuna yer verilib və bunun İkinci Dünya müharibəsindən bu yana ən dərin böhranı əks etdirdiyi vurğulanıb.
Dünya Bankı, yanvar ayında qlobal iqtisadiyyatın bu il 2,5% artacağını nəzərdə tutmuşdu.
Bankın hesabatında, 2021-ci ilə dair qlobal iqtisadi artım proqnozu isə 2,6%-dən 4,2%-ə yüksəldilib.
Dünya Bankı inkişaf etmiş ölkələrdən ABŞ iqtisadiyyatının bu il 6,1%, Avro Bölgəsi iqtisadiyyatının 9,1%,Yaponiya iqtisadiyyatının isə 6,1 kiçiləcəyini proqnozlaşdırır.
Dünya Bankı Çinin bu ilə dair iqtisadi artım proqnozunu 5,9%-dən 1%-ə salıb. Çin iqtisadiyyatının gələn il isə 6,9% artacağı nəzərdə tutulur.
Dünya Bankı Rusiya iqtisadiyyatının bu il 6%, Türkiyə iqtisadiyyatının isə 3,8% kiçiləcəyini gözləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















