Beynəlxalq Bank İnnovasiya Mərkəzi yaradır
Ölkəmizdə innovasiyaların inkişafına dəstək layihələrini uğurla davam etdirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atır. Bank özünün İnnovasiya Mərkəzini yaradır. IBA İnnovasiya Mərkəzi adı altında yaradılan mərkəz informasiya texnologiyaları sahəsində seçilmiş sahibkarlıq layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərəcək. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda startap ekosisteminin inkişafına kömək göstərməkdir. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul elan edib.
Qeyd edək ki, inkubasiya prosesi erkən mərhələdə olan startapların böyüməsinə dəstəyi, startap layihələrinin icrasında ortaya çıxa biləcək problemlərin həllinə yardımı nəzərdə tutur. FinTech həlləri mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək.
Mühüm aktuallığa malik ideyalar təqdim etmiş komandalara öz ideyalarını hazır məhsula çevirmək üçün İnnovasiya Mərkəzində münbit şərait yaradılacaq. Startap layihələrinin həyata keçirilməsi üçün onlara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq, texniki dəstək göstəriləcək. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər və sahibkarlar dəvət ediləcək. Mərkəzin ilk rezidentləri sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci IBA Regional Hakatonunda iştirak edərək uğur qazanmış komandaların da olması nəzərdə tutulur. Proqrama 16 iyun tarixinə qədər buradan müraciət etmək olar: https://ibainnovation.az/az
Azərbaycan Beynəlxalq Bankının yaratdığı İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi, bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov IBA İnnovasiya Mərkəzinin xüsusilə kiçik və orta sahibkarlığa faydalı olacağını bildirib: “Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlığın dəstəklənməsinə, o cümlədən bu sahədə FinTech həllərinin tətbiqinə mühüm önəm veririk. IBA İnnovasiya Mərkəzi sahibkarlıq həllərinin formalaşmasına kömək göstərəcək. Bu Mərkəz həm innovativ ideyaları, həm onları reallaşdıra bilən istedadları, həm də lazımi şəraiti bir araya gətirəcək. İnanırıq ki, belə bir mərkəzin yaradılması ölkəmizdə innovasiya ekosisteminin inkişafına təkan verəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
8 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
8 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
8 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"


























