Əmanətçi kompensasiya almaq üçün nə etməlidir? – SUALLARA CAVABLAR
Hamı 1 İyundan Kapital Bank filialına getməyə bilər. Vaxt var.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar veriləcəkdir.
Bəs əmanətçi kompensasiya almaq üçün nələri etməlidir? Marja.az əmanətçilərdə yaranmış suallara aydınlıq gətirir.
QORUNAN ƏMANƏTİ OLAN ƏMANƏTÇİLƏR
- “Atabank və Amrahbankda 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) qorunan əmanəti olan əmanətçilər 1 iyun 2020-ci il tarixindən başlayaraq, 30 min manat ekvivalentindən yuxarı qorunan əmanəti olan əmanətçilər isə 1 iyul 2020-ci il tarixindən başlayaraq kompensasiyanı almaq üçün “Kapitalbank” ASC-nin filialına (bu filiallar barədə əlavə məlumat veriləcək) yaxınlaşa bilərlər.
- Filiala yaxınlaşan əmanətçi ərizə yazacaqdır. Bu ərizə Fonda müraciət üçündür. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), kompensasiyanı hansı formada almaq istədiyi göstərilməlidir.
Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:
1. əmanət (bank hesabı) müqaviləsi;
2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);
3. şəxsiyyəti təsdiq edən sənəd;
4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.
- Əmanətçi Kapital Bankda ərizə yazdığı gün konpensasiyasını alacaqdır. Yəni, konpensasiyanın alınması üçün əmanətçiyə debet kartı və ya Xəzri köçürmə sisteminin kodu təqdim edəcəkdir. Əmanətçi istədiyi vaxt KapitalBankın bankomatına yaxınlaşaraq kart və ya kodu ilə kompensasiyanı çıxarda bilər.
- Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətçiıər üzrə əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması ilə bağlı ilk elan 1 may 2020-ci il tarixində dərc edilmişdir. Bu tarixdən 1 il ərzində müraciət edən əmanətçilər rahat kompensasiya ala biləcəklər. Yəni, qorunan əmanəti olan əmanətçi 1 May 2021ci il tarixinədək Kapital Bank filialına yaxınlaşaraq kompensasiyanı almaq üçün ərizə yaza və əmanətini ala bilər. Başqa sözlə, hamı 1 İyun 2020-ci il tarixində Kapital Bank filalına getməyə bilər. İyulda da, Avqustada, Noyabrda da və s. gedə bilər
QORUNMAYAN ƏMANƏTÇİLƏR VƏ DİGƏR KREDİTORLAR (biznes subyektləri, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş əmanətçilər)
- Qorunmayan əmanətçi və digər kreditorlar (şirkətlər, fərdi sahibkarlar) 1 iyul 2020-ci il tarixinədək Atabank və Amrahbankda pulu qaldığı barədə sənədlər ilə müraciət etməlidirlar. Atabank-ın qorunmayan əmanətçiləri və kreditorlar Atabank-ın baş ofisinə (Şəmsi Bədəlbəyli küçəsi 102), Amrahbank-ın əmanətçiləri də Amrahbankın baş ofisinə (Xocalı prospekti 36 A) müraciət etməlidirlər. Yəni, onların kreditor tələbi qeydə alınmalıdır. Qanunvericiliklə müəyyən edilmiş növbəliklə, Atabank və Amrahbankın aktivlərinin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər bu tələblərin icrasına yönələcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
17 d. əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 11 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
14 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
14 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER





















