Neftdə yeni razılaşma - ABŞ VƏ MEKSİKA DA HASİLATI AZALDIRLAR
“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədiOPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib.
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, iclasda “OPEC plus” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.
Həmçinin Meksikanın “OPEC plus” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə Razılaşmanın mayın 1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb.
“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barrel əvəzinə 100 min barrel müəyyənləşdirilib. Meksikanın öhdəliyinindigər qismini kompensasiya etmək üçün ABŞ-ınöz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə razılaşılıb. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 milyon barel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
“OPEC plus”un qərarına Azərbaycan da öz dəstəyini ifadə edib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib:
“Bugünkü görüş və “OPEC plus”unqətimövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə töhfə verəcək. Həmçinin bu qərar “OPEC plus” formatındankənardan ölkələrin də hasiatı azaltmaların təşviq edəcək”.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 18 d. əvvəl
- 42 d. əvvəl
-
51 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
55 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)






.jpg)



