Beynəlxalq Bankdan özünüməşğulluğa dəstək
Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramına qoşulub.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda iştiraka başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində də Azərbaycan Beynəlxalq Bankı həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində tədbirlər həyata keçirir. Bank artıq 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqların alınması üzrə sənədlər təqdim edib. Onlar karantin dövrü başa çatandan sonra fəaliyyətə başlayacaqlar. Belə ki, Bakının Nərimanov rayonu ərazisində yaşayan Etibar Vəliyev adlı vətəndaşa avtomobil şinlərinin təmiri ilə məşğul olmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı lazımi avadanlıq alır. Daha bir vətəndaşımız Sabir Əliyev isə Bankın təqdim etdiyi avadanlıqla un məmulatları istehsal edərək özünün və ailə üzvlərinin məşğulluğunu təmin edə biləcək. Bank Sabunçu rayonunda yaşayan Müqabil Allahyarova da ailəsi ilə birgə broyler inkubatoru biznesi ilə məşğul olmaqdan ötrü lazımi avadanlıq təqdim edir. Bankın öz işini qurmaqda kömək göstərdiyi vətəndaşlardan iki nəfərinin fiziki məhdudiyyətli, digərinin məcburi köçkün olması bu layihənin sosial dəyərini daha da artırır.
Azərbaycan Beynəlxalq Bankının korporativ istiqamət üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib:“Ölkənin ən böyük bankı kimi biz iri, orta və kiçik bizneslərlə yanaşı, ailə biznesinə də dəstək veririk. Özünüməşğulluq proqramı üzrə yerinə yetirdiyimiz layihələr, həssas əhali qruplarının, aztəminatlı ailələrin məşğulluq məsələlərinin həlli ilə yanaşı, biznesin inkişafına da əlverişli mühit yaradır. Sahibkarlar Klubumuz da özünəməşğulluq proqramı çərçivəsində öz işini quran kiçik sahibkarlara mümkün köməyi göstərməyə hazırdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















