“Kapital Bank” bir rübdə 31 milyon manat qazanıb
“Kapital Bank” ASC 2017-ci ilin birinci rübünü 30 milyon 792.63 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, yanvar-mart aylarında Bankın cəmi gəlirləri təxminən 103 milyon manat olub. Xərclər çıxıldıqdan sonra 44 milyon 85 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 5 milyon 689 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Bundan başqa, Bank 7 milyon 591 min manat mənfəət vergisi ödəyib. Nəticədə birinci rüb 30 milyon 792.63 min manat xalis mənfəət ilə bağlanıb.
“Kapital Bank” ASC 2016-cı ili 52 milyon 384,85 min manat xalis mənfəət ilə başa vurmuşdu.
AKTİVLƏRİ VƏ CƏMİ KAPİTALI ARTIB
31 Mart 2017-ci il tarixinə “Kapital Bank” 3 milyard 132 milyon 312 min manat cəmi aktivlərə, 2 milyard 819 milyon 430 min manat cəmi öhdəliklərə, 312 milyon 883 min manat cəmi kapitala malik olub. 31 Dekabr 2016-cı il tarixinə “Kapital Bank” 3 milyard 96 milyon 690,92 min manat cəmi aktivlərə, 2 milyard 814 milyon 524,03 min manat öhdəliklərə, 282 milyon 166,89 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
11 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
11 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
12 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
13 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)





.jpg)









