Mərkəzi Bankda aqrar bankın yaradılması müzakirə edildi - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda, eləcə də “Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı müşavirədə rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, xüsusilə girov təminatı ilə bağlı problemin həlli və güzəştli kreditlərin artırılmasına dair tapşırıqlar vermişdir.
Mərkəzi Bankın yaydığı məlumata görə, bu tapşırıqların təmin edilməsi üçün 5 mart 2020-ci il tarixində Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə birgə görüş keçirilmişdir.
Görüşdə qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılmış, kənd təsərrüfatı sahibkarlarının, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxış imkanları, xüsusilə də onların güzəştli kredit resurslarından faydalanması, eləcə də onlara girovsuz və ya daşınar əmlakın girov qoyulması ilə kreditlərin verilməsi, bütövlükdə daşınmaz əmlakın girovu mexanizminin təkmilləşdirilməsi, bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, girovda olan daşınmaz əmlakın bazarının aktivləşdirilməsi, eləcə də kreditlərin zəmanət mexanizminin yaxşılaşdırılması məsələlərinə diqqət verilmişdir.
Görüşdə həmçinin kənd təsərrüfatı subyektlərinin hesabatlığının və şəffaflığının artırılması, o cümlədən ailə-fermer təsərrüfatlarının bələdiyyə orqanları tərəfindən qeydiyyatı, onların kooperasiyalaşması, pilot olaraq müəyyən edilmiş kənddə başlanılmaqla ixtisaslaşmış kredit ittifaqlarının yaradılması imkanları da nəzərdən keçirilmişdir.
Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri də ətraflı müzakirə edilmişdir.
Görüşün sonunda kənd təsərrüfatının, kənd yerlərinin və fermerlərin maliyyələşdirilməsi mexanizminin araşdırılması məqsədilə Mərkəzi Bankın və Kənd Təsərrüfatı Nazirliyinin birgə iştirakı ilə Layihə Qrupunun yaradılması barədə razılığa gəlinmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















