Rusiya hasilatın azaldılmasına razılaşmır
Neft qiymətləri Rusiyanın OPEC-in istehsalın daha da azaldılması təklifinə razılaşmaması ilə ucuzlaşıb.
Rusiya, Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) koronavira görə tələbin çökməsinin təsirlərini azalda bilmək üçün daha dərin və daha uzun istehsal məhdudiyyətinə gedilməsi təklifinə isti baxmır.
Marja xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın təklifə cavabı gecikir. Rusiyanın cavabının gecikməsilə əlaqədar olaraq neft qiymətləri iki ildən çox müddətin ən aşağı səviyyələrinə düşüb.
OPEC nazirləri Rusiyanı il sonuna qədər hasilatı əlavə gündəlik 1.5 milyon barel azaltmağa razı salmağa çalışırlar.
Kartel üzvləri, Rusiyanın bu təklifə qatılmaması vəziyyətində koalisiyanın (OPEC+) əməkdaşlığının pozula biləcəyi xəbərdarlığını ediblər. OPEC-in Baş katibi Məhəmməd Barkindo Rusiyadan mənfi cavab eşitmək üçün bir səbəb olmadığını söyləyib.
Koronavirus dünyanın ən güclü iqtisadiyyatlarına mənfi təsir edib, sənaye fəaliyyətləri və səyahətlər azalıb.Bununla əlaqədar olaraq neftə də təlabat azalıb. Bazardakı artıq təklifi azaltmaq üçün neft ölkələrinin istehsallarını daha da azaltmaları tələb olunur.
Brent neftnin qiyməti 49.46 dollara, Qərb Texas neftinin (WTI) qiyməti isə 45.44 dollara geriləyib.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
50 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)









.jpg)



