Bakı Fond Birjasında böyük azalma davam edir
Bakı Fond Birjasında 2020-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 milyard 95 milyon 765 min manat təşkil edib.Birjadan Marja-ya daxil olmuş məlumata görə, bu, 2019-cu ilin yanvar-fevral dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 2 milyard 726 milyon 49 8 min manat olmuşdu.
Geriləmənin əsas səbəbi dövlət qiymətli kağızları üzrə yerləşdirmənin kəskin azalmasıdır. Eyni zamanda 2 aydır ilkin korporativ qiymətli kağızlar bazarında əməliyyat qeydə alınmır.
“Nəticə olaraq, 2020-ci ilin yanvar-fevral ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174%, repo əməliyyatları üzrə isə 278% böyümə qeydə alınmışdır”,- Birjanın məlumatında deyilir.
2020-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 828 milyon 174 min 818 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
15 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
15 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
15 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib













.jpg)







