Son 1 ildə şirkətlər 38 minə yaxın bank hesabı açıblar
2020-ci ilin Yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin sayı 38 min 559 şəxs artaraq 8 milyon 56 min 140 şəxsə çatıb. Ötən ilin yanvarından bəri isə bankların müştərilərinin sayı 1 milyon 208 min 243 şəxs artıb.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə Yanvarda fiziki şəxs müştərilərin sayı 38 min 455 şəxs artaraq 7 milyon 938 min 757 şəxsə, hüquqi şəxs müştərilərin sayı isə 104 şəxs artaraq 117 min 383 şəxsə yüksəlib.
Yanvarda müştəri hesablarının sayı 238 min 897 artaraq 19 milyon 519 min 48-ə çatıb. O cümlədən, cari hesabların sayı 198 min 974 artaraq 16 milyon 290 min 360-a, kredit hesablarının sayı 32 min 466 artaraq 2 milyon 832 min 280-a, depozit hesablarının sayı isə 7457 artaraq 396 min 408-ə yüksəlib.
Ötən ilin Yanvar ayı ilə müqayisədə cari hesabların sayı 2 milyon 477 min 627, o cümlədən fiziki şəxslərin cari hesablarının sayı 2 milyon 440 min 823, hüquqi şəxslərin cari hesablarının sayı isə 37 min 804 artıb. Yanvarın sonunda fiziki şəxslərin cari hesablarının sayı 16 milyon 32 min 348, hüquqi şəxslərin cari hesablarının sayı isə 259 min 12 təşkil edib. Təkcə yanvarda hüquqi şəxslərin hesablarının sayı 1742 artıb.
Azərbaycanda hər hüquqi şəxsə 2,2 cari hesab düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib



















