Süd ferması tikintisi layihələrinin satışı başlayır - QİYMƏTLƏR
Bu gündən “BRPG” MMC şirkəti fermerlər üçün 25 və 100 başlıq südçülük kompleksinin tikintisi layihələrini təqdim edir.
Marja xəbər verir ki, layihəyə "Süd vadisi" adı verilib. “Süd Vadisi” - müxtəlif süd verən cins inəklər üçün avadanlıqla təchiz olunmuş fermerlər üçün optimal layihələrdən ibarətdir.
“Bu layihə yüksək təcrübəli memar-konstruktorlar və texnoloqlarla birlikdə hazırlanmışdır və kiçik fermerlər üçün nəzərdə tutulmuşdur. Layihələndirmə və tikintini tərəfimizdən aparılmasına görə layihənin qiyməti optimallaşdırmışdır ki, bu da fermerlər üçün qoyulan sərmayəni qısa müddətində geri qaytarılmasına zamin yaradır. Layihələndirilmədə və tikintidə istifadə edilən materiallar yüksək keyfiyyətli materiallardan hazırlanır və bir il ərzində istismarına zəmanət tərəfimizdən verilir. Fermerlərin süd istehsalı həcmini stabil saxlamaq üçün sağım inəkləri daimi yenilənməlidir. Bunun üçün layihədə süd verən inəklərin yetişdirməsi nəzərdə tutulmuşdur”,- şirkətin layihə təqdimatında bildirilir.
Layihənin məqsədi – xam süd, buzovlar, damazlıq inəklər və peyin satışı etməklə mənfəət əldə etməkdir.
Süd fermaları 4-6 ay müddətində tikilib istifadəyə verilir.
25 baş südçülük (65 baş ümumi sürü) heyvandarlıq kompleksi 259 min 500 manata, 100 baş südçülük (252 baş ümumi sürü) heyvandarlıq kompleksi isə 769 min 23 manata yaradılaraq təhvil verilir. Qiymətə inəklərin, mal-materiallların alınması və tikinti xərcləri daxildir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























