Metroda qatarlar dayandı
Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkəti dayanıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun “Koroğlu” stansiyasından “Həzi Aslanov”a qədər gərginlik düşüb. Bu da qatarların hərəkətində fasiləyə səbəb olub:
"Bu gün saat 15:48-də metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Xətlərin bütün sahələrində gərginlik bərpa olunub, yalnız "Xalqlar dostluğu" və "Həzi Aslanov" sahəsində gələn elektrik enerjisinin dayanıqlığı olmadığından 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyyə olunub. Hər 3 stansiyada dizel generatorlar qoşularaq qatarlar stansiyalara çıxarılıb və sərnişinlər təxliyyə olunub. Hazırda tunellərdə qalan qatar yoxdur.
Dizel generatorlar o halda qoşulur ki, qatarlar stansiyalara çıxarılır, sərnişinlər təxliyyə olunur. Daha sonra gərginliklə bağlı problem olan həmin sahədə metropolitenin infrastruktur yolları yoxlanıldıqdan sonra qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa olunur".
Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçib
Bakıda elektirik enerjisinin kəsintisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindn bildirilib.
Belə ki, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.
Həmçinin, elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. Onların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.
“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, - deyə qurum bəyan edib.
© Qafqazinfo, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)











.jpg)




