Azərbaycan holdinqi 9 otel tikəcək
Azərbaycanın Royal Holding QSC şirkəti 9 otel tikməyi planlaşdırır.
Bunu Marja-ya Şirkətin Baş direktoru Ramil Kərimli bildirib.
“Şirkətimizin öz öhdəsinə götürdüyü çox böyük iqtisadi perspektivlərə malik, genişmiqyaslı möhtəşəm layihələrindən biri – Azərbaycan Respublikasının dilbər guşəsi olan Astara rayonunda inşa olunacaq 9 ədəd oteldən ibarət “Astara beşulduzlu Otellər Kompleksi”dir. Bu Kompleksin inşa edilməsi Xəzər dənizinin sahilində, şəhər səs-küyündən uzaqda,ekoloji cəhətdən səfalı olan 100 hektar ərazidə nəzərdə tutulur və ilkin layihələndirmə işləri tam başa çatdırılıb”.
Onun sözlərinə görə, layihədə investor və icraçı qismində beynəlxalq şirkətlər də çıxış edir.
Otellər Astara şəhərinin Məşədi Əzizbəyov küçəsində tikiləcəkdir:
"Astara şəhərində tikintisi planlaşdırılan 9 ədəd 5 ulduzlu otellər kompleksi haqqında onu deyə bilərik ki, bu otellərin tikintisində əsas məqsəd, turizm sektorunun inkişafına xidmət etməsidir. Azərbaycana xarici investisiyaların cəlb edilməsi eyni zamanda öz vətəndaşlarımızın da rahat istirahət etməsinə geniş imkan və şərait yaradan vacib prioritetlərdən biridir.
Yuxarıda qeyd etdiklərimizdən əlavə olaraq, otellərimizin layihəsində, konfransların, böyük həcmli iclasların keçirilməsi üçün xüsusi zalların tikilməsi nəzərdə tutulmuşdur. Biznes gəzintilər zamanı müştərilərimizə istənilən rahatlıq və şəraitin yaradılması çox vacibdir. Əminik ki, Astara şəhərində 5 ulduzlu Otellər Kompleksi dəniz görüntüsü və panoramasından zövq almaq istəyən xarici və yerli vətəndaşlar tərəfindən müsbət qarşılanaqdır".
Hər bir otel 6 mərtəbədən və 200 nömrədən ibarət olacaqdır. Hər otelin özünə məxsus konsepsiyası nəzərdə tutulub.
Ramil Kərimli əlavə edib ki, 5 mart 2020-ci il tarixində Bakı Konqres Mərkəzində İnvestisiya layihələrin təqdimat mərasimi keçiriləcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















