"Otokar" və "İveco Bus" ortaq istehsal üçün razılaşıb
Türkiyənin "Koç Holding" şirkətinin əsas səhmdarı olduğu "Otokar" şirkəti ilə İtaliyanın "CNH Industrial" şirkətinə aid kommersiya avtomobilləri istehsalçısı "Iveco Bus" arasında ortaq istehsal və əməkdaşlıq sazişi imzalanıb.
Marja xəbər verir ki, 2021-ci ilin sonunda başlayacaq və azı 5 illik razılaşma daxilində "Otokar"ın Sakaryadakı zavodunda 5000 ədəddən çox avtous istehsal ediləcək. Son say bazar şərtlərinə bağlı olacaq.
26 MİLYON AVRO MƏBLƏĞİNDƏN ORTAQ SƏRMAYƏ
İki şirkət razılaşma daxilində 26 milyon avro məbləğində ortaq sərmayə qoyacaq.
"İmzalanan müqavilə daxilində şirkətimiz IVECO BUS-ın mövcud məhsullarını IVECO BUS adına Sakaryadakı zavodda istehsal edəcək. Həmçinin IVECO BUS-ın məhsul portfeli "Otokar" məhsulları ilə genişlənəcəkdir" - "Otokar"ın açıqlamasında deyilir.
"Iveco Bus" mikroavtobusdan şəhərlərarası avtobusa qədər müxtəlif avtobuslar istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
4 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 12 d. əvvəl
-
36 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























