Məsafədən bank hesablarının açılması üzrə növbəti görüş
21 fevral tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “Komplayns” Ekspert Qruplarından ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birgə görüşü keçirilmişdir.
Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə, görüşün əsas müzakirə mövzusu məsafədən bank hesablarının açılması zamanı Foreign Account Tax Compliance Act (FATCA) və Common Reporting Standard (CRS) hesabatlığının qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq elektron formada təqdim edilməsi olmuşdur. Belə ki, 10 iyun 2019-cu il tarixində “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması proseduru müəyyən edilsədə FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi bu sahədə rəqəmsallaşmanın tətbiqini məhdudlaşdıran əsas amil olaraq qalmışdır.
Məlum olduğu kimi, məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi, həmçinin ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi və elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi kimi bir sıra prioritet hədəflərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
FATCA və CRS hesabatlığının elektron formada təqdim edilməsinin üstünlüyünü açıqlayan ekspert qrupunun üzvləri tətbiq olunacaq həll yolları və birgə atılacaq növbəti addımları müzakirə edərək bu sahədə rəqəmsal mühitə keçidin zəruri olduğuna qeyd etdilər.
Cari ilin yuxarıda qeyd edilən hər iki strateji sənədin icrası baxımından həlledici olduğunu nəzərə alsaq məsafədən bank hesablarının açılması təcrübəsinin uğurlu tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 47 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















