AtaBank-ın İdarə Heyəti tam və 3 departament direktoru işindən azad olunub
AtaBank-ın rəhbərliyinin işdən azad olunduğu rəsmi təsdiq olunub.
Marja xəbər verir ki, Bankın saytında “Rəhbərlik” bölməsindən İdarə Heyətində təmsil olunan bütün şəxslərin adları çıxarılıb.
AtaBank-ın İdarə Heyəti sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin müavinləri Rauf Hüseynov və Kamran Orucəliyev idi.
Həmçinin, Daxili Audit Departamentinin Direktoru Osmanlı Elmir Əjdər oğlunun, Özəl Bankçılıq Departamentinin Direktoru Acalov Fəxri Fuad oğlunun və Komplayens Departamentinin Direktoru Həsənova Durna Sabutay qızının adları yenilənmiş “Rəhbərlik” siyahısında yer almayıb.
AtaBank-dan Marja-ya bildirildi ki, "Rəhbərlik" siyahısından adları çıxarılan şəxslər artıq həmin vəzifələri icra etmirlər. Adları siyaıda yer almayan departament rəhbərləri öz ərizələri ilə işdən azad ediliblər.
Həmçinin AtaBankdan Marja-ya bildirilib ki, İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilmiş Kamran Orucəliyev İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
39 d. əvvəl
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
-
- 49 d. əvvəl
-
56 d. əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
1 saat əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
-
1 saat əvvəl
Tramp: İranın raket və hərbi infrastrukturunun böyük hissəsi məhv edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sığorta şirkəti 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub
-
15 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb























