“Beynəlxalq Bank işi"nə görə ölkədən çıxışına qadağa qoyulan şəxs Azərbaycanı tərk edib
Bakının “İnter” futbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib.
Futbol funksioneri açıqlamasında deyib ki, aprelin 7-də Bolqarıstana dönüb.
O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib: “Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycanın Dövlət Miqrasiya Xidməti ölkəyə girişimə qadağa qoyub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycandan çıxışıma qadağa qoyulmuşdu. Amma mənə qarşı heç bir ittiham irəli sürülməmşdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.
“İnter”in sabiq prezidentideyib ki, bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi biznesini quracağını söyləyib: “Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvəsim yoxdur. Amma heç vaxt “heç vaxt” deməmək lazımdır. Şəxsi işimi quracam”.
Xatırladaq ki, Georgi Nikolov 2006-cı ildən 2015-ci ilədək Bakının “İnter” klubunun prezidenti vəzifəsində çalışıb. Komandanın fəxri prezidenti isə “Azərbaycan Beynəlxalq Bank" ASC-nin sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















