OPEC+ neft hasilatı ilə bağlı kvotanın müddətini uzadır
OPEC+ formatının Texniki Komitəsi neft hasilatnın azaldılmasına dair qüvvədə olan kvotanın müddətini bu ilin sonunadək uzatmağı tövsiyə edib.
“Reuters” xəbər verir ki, bu barədə hazırda OPEC konfransının sədri olan Əlcəzairin energetika naziri Məhəmməd Ərkab bildirib.
Onun dediyinə görə, komitə həmçinin 2020-ci ilin ikinci rübünün sonunadək veriləcək qərarla neft hasilatını daha çox azaltmağı tövsiyə edib.
Əlcəzairli nazir yeni koronavirusun iqtisadi fəsadlarından danışıb: “Koronavirusun yaratdığı epidemiya iqtisadi fəaliyyətlərə, xüsusilə də istər Çində, istərsə də bütövlükdə Asiyada nəqliyyat, turizm, sənaye sahələrinə mənfi təsir göstərərək getdikcə bütün dünyanı əhatə etməyə başlayır”.
Xatırladaq ki, bu il fevralın 5-də Texniki Komitənin iclasında koronavirusun neft bazarına mənfi təsirini yumşaltmaq üçün gündəlik hasilatı daha 600 min barel azaltmaq barədə üzv ölkələrə tövsiyə verilib. Bu il martın 31-dək qüvvədə olan mövcud razılaşma hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən 1,7 milyon barel azaltmağı nəzərdə tutsa da, Çində koronavirusun yayılması nəticəsində bu razılaşmanın iyun ayında dəyişdirmək ehtimalı ilə ilin sonunadək uzadılması məsələsi gündəmə gəlib. Koronavirusun Çində iqtisadi fəaliyyətlərini xeyli zəiflətdiyinə görə ekspertlər neftə olan tələbatın xeyli azalacağı proqnozunu verirlər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
42 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib





























