Audi Quattro – 40 il zirvədə - VİDEO
® Audi AG-nin Azərbaycanda rəsmi idxalçısı “Dream Auto” MMC əfsanəvi Quattro tam ötürücü sistemin yaranmasının 40 illiyi münasibəti ilə Şahdağda yerləşən dağ-xizək kurortunda ekstremal test həyata keçirib.
Qarlı zirvəni yenidən fəth etmək üçün, uzunluğu 714 metr, mailliyi 35° olan yoxuşu bu dəfə 3.0 TFSI mühərrik və Quattro sistemi ilə təchiz olunmuş Audi Q8 avtomobili qalxıb. Xatırladaq ki, 2017-ci ildə həmin marşrut üzrə zirvəyə Audi Q7 3.0 TFSI tiptronic Quattro avtomobili qalxmışdı.
Məlumat üçün bildirək ki, 1980-ci ildə Cenevrə avtosalonunda təqdim olunan tam ötürücülü idman kupesi böyük rezonans yaratmışdı. Audi Quattro ilk dəfə 1981-ci ildə avtoidmanda debüt etdi. O andan etibarən əfsanəyə çevrilən, mübaliğəsiz üstün və rəqibsiz texnologiya olan tam ötürücü Quattro sistemi beynəlxalq ralli və yarış arenalarında əsl inqilab etdi.
Audi Azərbaycan haqqında:
“Dream Auto” MMC Audi markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı kimi fəaliyyət göstərir. Audi Azərbaycan markanın model sırasının geniş çeşidlərini satış salonunda avtomobil həvəskarlarına təqdim etməklə yanaşı, istehsalçının bütün tələblərinə cavab verən müasir servis mərkəzi ilə satış sonrası texniki xidmətləri tam həcmdə həyata keçirir.
“Dream Auto” MMC
Ünvan: Babək prospekti, 43A Bakı, Azərbaycan
Tel: +994 50 570 00 77
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 16 d. əvvəl
- 35 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR

















.jpg)





