Qlobal istiqraz bazarının həcmi 100 trilyon dolları keçdi
Dünyada istiqrazlara maraq və onlardan istifadə sürətlə artır. Son 20 ildə dünyanın istiqraz bazarının həcmi 4 dəfə artaraq rekord həddə çatıb. 1997-ci ildə istiqraz bazarının həcmi 25 trilyon dollar olduğu halda 2016-cı ilin nəticələrinə görə, qlobal istiqraz bazarı 100 trilyon dolları keçib.
Bura həm dövlətlər tərəfindən buraxılan istiqrazlar, həm də şirkətlərin buraxdığı korporativ istiqrazlar aiddir. ABŞ 40 trilyon dollarlıq bazar payı ilə dünyanın ən böyük istiqraz bazarı sayılır.
Birjalarda istiqrazlarla gündəlik əməliyyatların həcmi isə 700 milyard dollardan artıqdır.
Hazırda dünya ölkələrinin əksəriyyəti dövlət istiqrazları buraxır. Dövlət istiqrazlarının gəlirliyi, yəni istiqraz faizləri ölkədən-ölkəyə dəyişir. Faizlər əsasən 4 faktordan asılıdır. Bunlar:
1) ÜDM-un artıb-azalması,
2) inflyasiya riski,
3) tələb və təklif faktorları,
4) risk faktorlarıdır.
Başqa sözlə, ölkədə iqtisadi-siyasi və digər problemlər artdıqca, burada risklər də artır və həmin ölkənin dövlət istiqrazlarının faiz dərəcələri daha yüksək olur. Eləcə də əksinə – ölkənin iqtisadi durumu yaxşılaşdıqca, risklər azalır və istiqraz faizləri də aşağı düşür.
Bu minvalda dünyada ən yüksək faizli 10 illik dövlət istiqrazı buraxan ölkə 16.27% ilə Nigeriyadır. İki və üçüncü yerlərdə Kenya və Türkiyə qərarlaşıb. Bu ölkələrdə istiqrazlardan əldə edilən illik qazanc payları müvafiq olaraq 13.84% və 11.03% təşkil edir.
İnkişaf etmiş ölkələrdə risklər aşağı olduğuna görə, dövlət istiqrazlarının faizləri, yəni qazanc payları da aşağı göstəriciyə malikdir.
Hazırda ən aşağı gəlirli dövlət istiqrazları Yaponiya tərəfindən buraxılır. Bu istiqrazların illik gəlirliyi cəmi 0,09%-dir. Bu göstərici İngiltərədə 1.22%, İspaniyada 1.85%, İtaliyada 2.33% və s. təşkil edir. Bir neçə ölkənin buraxdığı dövlət istiqrazlarının illik gəlirliyi 1%-dən də aşağıdır. Yaponiyadan başqa, bunlar Almaniya (0,26%), Hollandiya (0,48%) və Fransadır (0,9%).
Qeyd edək ki, istiqrazlar - müəyyən müddətdən sonra geri ödənilmək şərti ilə sahibinə qazanc gətirən borc sənədləridir. Sərmayə bazarları inkişaf etmiş ölkələrdə istiqrazlar ən çox alınıb satılan qiymətli kağızlardır. İstiqrazların ikinci bazardakı qiyməti iqtisadi mühitdən, istiqrazı buraxan qurumların maliyyə vəziyyətindən, tələb və təklifdən asılı olaraq dəyişir. Belə olan halda istiqraz sahibləri istiqraz qiymətlərinin artımından da kifayət qədər mənfəət əldə edə bilir.
İstiqrazlar əsas olaraq maliyyə vəsaiti təmin etmək, müxtəlif layihələri və əməliyyatları həyata keçirmək və mövcud olan borcları maliyyələşdirmək məqsədi ilə dövlətlər və korporatif şirkətlər tərəfindən ixrac edilir. Dövlət tərəfindən buraxılan və dövlət zəmanəti ilə təmin olunan dövlət istiqrazları adətən dövlətlərin milli valyutaları ilə ixrac edilir. Bu minvalda büdcə kəsirinin bağlanılması, dövlətlər tərəfindən həyata keçirilən sosyal və iqtisadi reformların tətbiqində dövlət istiqrazları xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 5 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb




















