Ölkə bank sektorunda ilk olan daha bir xidmət
(®) Unibank biznes sahiblərinə ölkə bank sektorunda ilk olan daha bir xidmət təklif edir
Unibank biznes müştəriləri üçün daha bir xidmət təklif edir. “Unibank”da kredit xətti olan müştərilər, uzunmüddətli kredit xətlərindən banka gəlmədən istifadə edə biləcəklər. Bunun üçün sadəcə internet banking-lə müraciət etmək kifayətdir. Kredit dəqiqələr ərzində sahibkarın hesabına oturur.
“Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov, ölkə bank sektorunda ilk olan bu xidmətin biznesin işini daha da asanlaşdırmaq məqsədi daşıdığını bildirib:
“Biznes sahibləri üçün hər dəqiqə qiymətlidir. Yeni xidmət sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən bankın filiallarına gəlmədən, çox qısa zamanda istifadə imkanı yaradır. Sadəcə internet bankinq-lə müraciət edilir, Asan İmza vasitəsilə imza atılır və cəmi 5 dəqiqə ərzində vəsait müştərinin cari hesabına köçürülür. Sahibkar hətta ölkə xaricində olanda da, elektron müraciət etməklə, kredit xəttindən istifadə edə biləcək. Yeni xidmət həm sahibkarın banka gələrək zaman itirməsinin qarşısını alır, həm lazım olan anda maliyyə vəsaitinə çıxışı təmin olunur, həm də sənədləşmə işləri avtomatlaşdırıldığından hər dəfə sənədlərə imza atmağa ehtiyac qalmır”.
Qeyd edək ki, Unibank korporativ müştərilərinə onlayn kredit xidmətini də göstərməkdə davam edir. 6 aydan çox “Unibank”la əməkdaşlıq edən hər bir müştəri üçün müəyyən kredit limiti hesablanır. Bu limitin miqdarı bir çox amillərə - hesabdakı dövriyyəyə, əmək haqqı layihəsindəki işə, ekvayrinq üzrə əməkdaşlığa, kredit tarixçəsinə və s. bağlıdır. Müştəri özünə aid olan məbləği öz İnternet Banking-də ayrıca bir sütunda görür və istənilən vaxt o məbləğdən istifadə edə bilir. Bunu etmək üçün o sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Ötən müddət ərzində 100-lərlə sahibkar “Unibank”ın onlayn kredit məhsulundan istifadə edib.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
17 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 19 d. əvvəl
-
29 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 37 d. əvvəl
-
59 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib






















