“Rabitəbank”ın vəziyyəti məlum oldu – MƏNFƏƏTİ 3,5 DƏFƏ ARTIB
“Rabitəbank” 2019-cu ili 11,1 milyon manat mənfəət ilə başa vurub. Bank 2018-ci ili 3,1 mln manat mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Rabitəbank”ın mənfəəti 3,5 dəfə artıb.
Bankdan “Marja”ya daxil olmuş press-relizdə bildirilir ki, 2019-cu ilin sinunda “Rabitəbank”ın cəmi aktivləri 740 milyon manata çatmışdır.
Bankın kredit portfeli 2019-ci il ərzində 18% artaraq 385 milyon manat, məcmu kapitalı isə 10 % artaraq, 114 milyon manat təşkil etmişdir. 2019-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 14% artaraq 53,9 milyon manat, xərcləri isə 42,5 milyon manat təşkil etmişdir.
Bank həmçinin, 2019-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi 29%, istehlak kreditlərini isə 24% artmışdır. 2019-ci ildə sürətli pul köçürmələrində də 14%-dən çox artım müşahidə edilmiş, plastik kartların sayı 41% artırmışdır.
“Rabitəbank” 2019-cu ildə, 27-ci fəaliyyət ilində rebrendinq edib. Bank, ənənəvi xidmətləri ilə yanaşı, rahat və innovativ rəqamsal xidmətlərini öz müştərilərinə təqdim edib. Rahat interfeys və geniş funksionallığı ilə istifadəyə verilən Rabitabank Mobil tətbiqi, bankın rabitabank.com rəsmi internet saytı tam yenilənərək istifadəyə təqdim edilib. Həmçinin, bankın digər innovativ təklifi olan RabitəBot, 2019cu ildə hesabın alman üsulu bölünməsi, cərimələrin ödənişi, teleqramda dostunuzla danışıq pencərəsindən ayrılmadan dərhal pul göndərmək və ölkədə ilk dəfə onlayn bələdçi olan, Mastercard konsyerj xidməti ilə müştərilərinə xoş təəccüb və rahat imkanlarını təqdim edib.
Həmçinin bank xüsusi imtiyazları olan və çoxlu sayda üstünlükləri özündə cəmləyən, Kartmane kartını müştərilərinə təqdim etdi. Yaşıl və Premium Kartmane, debit və kredit kartı olaraq müştərilərinin istifadəsinə təqdim olunmuşdur. Bütün dünyadakı YDM və restoranlardan cashback qazandıran “Kartmane”, ölkədə ilk dəfə tam 100 gün güzəşt müddətli kredit kartını da 2019-cu ildə istifadəyə buraxdı. Həmçinin mastercard PayPass stiker kartları da bank tərəfindən müştərilərinə təklif edilir.
2019-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, Nəsimi filialı şəhərin mərkəzində 24/7 rejiminə keçmiş və yeni üslub ilə müştərilərin ixtiyarına təhvil verilmişdir. Həmçinin paytaxtda daha 3 ATM istifadəyə verilərək, sayı 68-ə çatdırılmışdır.
İldən-ilə inkişaf edən “Rabitəbank”, 2020-ci ildə yeni məhsul və xidmətləri ilə öz müştərilərinə rahat bankçılıq imkanlarını təklif etməyə hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
“Trendyol”da Novruz endirimləri başlayır
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri



















