“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb
® Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb.
Belə ki, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.
“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







