"AGBank" mənfəət ümidindədir
"Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq olunan normativlər çərçivəsində valyuta mövqeyimizi saxlamağa çalışırıq". Bunu açıqlamasında "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.
"Bu o deməkdir ki, bankda aktivlər və öhdəliklər üzrə dollarlaşma səviyyəsi bərabərdir. Problemli kreditlərin geri qaytarılması ilə bağlı kifayət qədər işlər görülür. Gecikmələrə məhkəmə və icra strukturlarında işin ləngiməsi də təsir edir. Müştərilər qanunvericilikdəki boşluqlardan istifadə edərək məhkəmələrə üz tutur. Nəticədə gec-tez qaytarılmalı olan borc bir müddət sonra qaytarılır. Lakin məhkəmə prosesləri səbəbindən gecikmələr olur. Ümumilikdə, bank tərəfindən tələb olunan addımlar vaxtında atılır", - deyə Ə. Cəlilov bildirib.
Bankirin proqnozlarına əsasən, "AGBank" cari ilin birinci rübünü təxminən 1,5 mln. manatlıq zərərlə başa vuracaq: "İlin sonuna qədər isə bu rəqəm mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik".
Sədr onu da vurğulayıb ki, bank əlavə kapitallaşmaya ehtiyac duymur.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























