Dünya Bankı: Azərbaycanın maliyyə sektorunda islahatlar sürətlənməlidir
Azərbaycanın maliyyə sektorunun daha dayanıqlı olması üçün qanunları və tənzimləyici mexanizmi beynəlxalq starndartlara və qabaqcıl təcrübəyə uyğunlaşdıracaq islahatlar sürətləndirilməlidir.
Bu barədə Dünya Bankının hökumətə təqdim etdiyi tövsiyyələrdə bildirilir.
“Nəticədə ölkənin maliyyə sektoruna ictimaiyyətin və sərmayəçilərin etimadı artar, yerli və beynəlxalq sərmayəçilər üçün beynəlxalq aləmdə məğbul hesab edilən qaydalara əsaslanan bərabər şərait yaradıla bilər”, – deyə sənəddə qeyd olunur.
Ölkədə maliyyə sistemini daha təhlükəsiz və dayanıqlı hala gətirmək, böhran vəziyyətlərinə qarşı səmərəli tədbirlər görmək üçün makroprudensial nəzarətin əhəmiyyətini, Maliyyə Sabitliyi Şurasının potensialını artırmağın məqsədəuyğun olduğu göstərilir. Həmçinin Dünya Bankı maliyyə sektorunda mütəmadi olaraq stres-testləri keçirmək, başlıca həssas nöqtələr məsələsini həll etməyi təklif edilir.
Xatırladaq ki, Mərkəzi Banka (MB) ötən ilin noyabr ayında bütün maliyyə sektorunu tənzimləmək səlahiyyəti verilib. 2020-ci ildə və orta müddət ərzində pul siyasətinin və maliyyə sabitləşməsinin əsas istiqamətlərinə dair bəyanatında MB maliyyə sektorundakı potensial riskləri üzə çıxartmaq üçün hərtərəfli monitorinqlər keçiriləcəyini açıqlayıb.
Belə ki, stres-testlәri әsasında müxtәlif iqtisadi şoklara qarşı maliyyә sektorunun vәziyyәtini önlәyici qaydada simulyasiya edәcәk vә zәruri hallarda sektora müvafiq müdaxilәlәr hәyata keçirilәcәk. Bank sisteminin sağlamlaşdırılması üçün sistem әhәmiyyәtli maliyyә institutlarında risklәrin akkumulyasiyasının qarşısının alınması mühüm vəzifələrdən biri hesab ediləcək. Həmçinin bank sektorunda problemli kreditlәrin hәcmini daha da azaltmaq vә kredit tәşkilatları tәrәfindәn yeni kreditlәr verilәrkən tәkmil risk idarәetmәsi prinsiplәrinin rәhbәr tutulması tәşviq edilәcәk.
Bank sisteminin likvidlik sәviyyәsinin mәqbul sәviyyәdә qorunması vә onun sәmәrәli idarә mexanizmlәrinin yaradılması da mühüm vəzifələr arasındadır. 2020-ci ildə bank nəzarət sistemini təkmilləşdirmək, risklərin qiymətləndirilməsi əsasında pilot nəzarət qaydaları tətbiq etmək də qarşıya məqsəd qoyulur. Həmçinin banklarda stres-testləşmənin əhəmiyyətini artırmaq, korporativ idarəçiliyi təkmilləşdirmək istiqamətində də tədbirlər görüləcək.
MB-nın planları arasında normativ hüquqi bazanı təkmilləşdirmək də mühüm yer tutur. Bundan əlavə beynəlxalq maliyyə təsisatları tərəfindən buraxılan istiqrazların emissiyası və tədavülü üçün xüsusi qaydaların tətbiqi, investisiya fondlarının fəaliyyətini təşviq etmək üçün tənzimləmə qaydalarının dəyişdirilməsi də nəzərdə tutulur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















