"Azərbaycanın ən böyük arıçılıq təsərrüfatı bizə məxsusdur"
“Bu gün Azərbaycanın ən böyük arıçılıq təsərrüfatı “Qinyət oğulları”na məxsusdur.”
Bunu “Marja”ya açıqlamasında “Qinyət oğulları”nın sahibi Lətif Qiyanətoğlu bildirib.
"Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatımızda 12 min arı ailəsi mövcuddur. Ötən il təsərrüfatda 26 ton bal istehsal edilib. Təsərrüfatımız bu istehsal həcmi ilə Azərbaycanda birincidir", - o deyib.
Lətif Qiyanətoğlu qeyd edib ki, ötən il “Qinyət oğulları”na dövlət tərəfindən arı ailələrinə görə 10 min manata yaxın subsidiya ödənilib.
Təsərrüfatın sahibi əlavə edib ki, ötən il istehsal edilən balın təxminən yarısı daxili bazarda satılıb. Qalan məhsulun satışı, o cümlədən ixrac olunması üçün cəhdlər edilir:
“Yaponlar ilə əlaqələr qurmuşuq. Onlar Azərbaycana səfər etmişdilər. Təəssüf ki, yaponların təklif etdiyi alış qiyməti bizə sərf etmir. Onlar, Yaponiyada balın kiloqramını 8-9 dollardan təhvil verə biləsək ala biləcəklərini söylədilər. Bu qiymət də bizə sərf etmir. Yaponiya bazarında balın satış qiyməti Azərbaycan ilə müqayisədə aşağıdır. Yaponiya bazarına məhsuldarlığın yüksək olduğu ölkələrdən daha aşağı qiymətlərə bal göndərilir”.
Məlumat üçün bildirək ki, "Qinyət oğulları"nın tarixi 1975-ci ilədək uzanır. Həmin il ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib.1980-cı ildən "Qinyət oğulları" ailəsi köçəri təsərrüfata keçib. Bal yığılması mövsümündə arıları bölgə-bölgə gəzdirərək məhsullarında çeşidlərin sayını artırıblar. Bu gün "Qinyət oğulları" təsərrüfatının arıxanaları Masallı, Lerik, Saatlı, Yevlax, Ağdaş, Şəki, Oğuz, Zaqatala, Qax və s. rayonlarda yerləşir. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə "Qinyət oğulları" illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







