Gürcüstan 2 böyük külək elektrik stansiyası tikmək niyyətindədir
Gürcüstan hökuməti paytaxt Tbilisi və Kaspi rayonunun yaxınlığında külək elektrik stansiyalarının tikintisi ilə bağlı yeni konsepsiyanı təsdiq edib.
Bu barədə “Georgia Capital” investisiya şirkəti məlumat yayıb.
Məlumatda deyilir ki, 108 meqavat (MVt) gücündə olacaq külək elektrik stansiyalarının tikintisi paralel aparılacaq və 2020-ci ildə istifadəyə veriləcək.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib ki, 2020-ci ildə ümumi gücü 270 MVt olan 5 külək elektrik stansiyası fəaliyyətə başlayacaq.
Cari ilin sonuna ölkə külək elektrik stansiyalarından 332 MVt, 2025-ci ildə 665 MVt, 2030-cu ildə isə 1,3 min MVt gücündə enerji almaq niyyətindədir.
Qeyd edək ki, hazırda Gürcüstanın Qori bölgəsində 20 MVt gücündə “Kartli” külək elektrik stansiyası fəaliyyət göstərir.
Gürcüstanın elektrik enerjisinə olan ehtiyacı hər il artır. 2016-cı ildən 2018-ci ilədək ölkədə elektrik enerjisinə ehtiyac 6 faiz, elektrik enerjisi istehsalı isə cəmi 5 faiz artıb. Bunun nəticəsində Gürcüstan elektrik enerjisinin idxalını 3 dəfə çoxalıb.
Gürcüstan 2019-cu ildə saatda 1623 milyon kilovat həcmində elektrik enerjisi idxal edib. Bu da 2018-ci illə müqayisədə 7,5 faiz çox olub.
“Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına görə, keçən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68 faizini Azərbaycandan, 32 faizini isə Rusiyadan alıb.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 15 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)







.jpg)



