“Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir” - “BP-Azerbaijan”ın vitse-prezidenti
“Xəzərin geologiyası sahəsində böyük mütəxəssis və ünlü alim akademik Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz bir şərəfdir”.
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
“Azərbaycanda apardığımız bütün işlərdə onun bizə qayğısını və dəstəyini daim hiss etmişik. O, öz inanılmaz bilikləri və əfsanəvi təcrübəsini bizimlə hər zaman səxavətlə bölüşüb və bu da 27 il ərzində Azərbaycanda birgə həyata keçirdiyimiz işlərin uğurlu olması üçün əvəzsiz töhfə olub. Akademik Yusifzadənin “uğurlu kəşfiyyat fəhmi” bizi illər boyunca ən düzgün yerdə düzgün laylarda qazma işləri aparmaq üçün düzgün qərarlar verməyə istiqamətləndirib. Xoşbəxt müəllim kimi Xəzərin əsl geoloji-kəşfiyyat qrossmeysterindən öyrənmək bizim üçün böyük şərəfdir”,- B.Aslanbəyli qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var.
Onun xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyevötən il dekabrın 19-da Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
O, "İstiqlal", “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib.
Ötən gün isə Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
52 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət




















