Türkiyənin ixracında yeni rekord
2019-cu ildə Türkiyənin mal ixracı 2.04% artımla 180.5 milyard dollar təşkil edib
Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, Nazirlikdə təşkil etdiyi mətbuat konfransında 2019-cu il il xarici ticarət rəqəmlərini açıqlayıb.
"Marja" xəbər verir ki, Pekcan, keçən il qlobal iqtisadiyyatda görülən bütün çətinliklərə və mənfi faktorlara baxmayaraq Türkiyənin ixracının rekord yenilədiyini açıqlayıb.
Pekcan, "2018-də rekord qırmışdıq, ötən il o rekordun da üzərinə çıxdıq. 2019-cu il xracatımız 2,04% artımla 180 milyard 468 milyon dollar təşkil edib" ifadələrini istifadə edib.
Pekcan, Türkiyənin idxalının isə 9% azalaraq 210 milyard 394 milyon dollar olaraq reallaşdığını dilə gətirərək, "Xarici ticarət kəsirimiz də 44,9% düşərək, 2018-ci ildə 54 milyard 323 milyard dollar ikən, 2019-da 29 milyard 926 milyon dollar olaraq reallaşdı. Bu səbəbdən ölkəmizin xarici maliyyə ehtiyacına 24 milyard 397 milyon dollarlıq kömək olub. İxracın idxalı qarşılama nisbəti də 9,3 bənd artaraq 76,5%-dən 85,8%-ə yüksəlmişdir" deyib.
Pekcan, 2019-cu ilin yanvar-oktyabr dövrü məlumatlarına görə, xidmət ixracatının da bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artımla 46,6 milyard dollar səviyyəsində reallaşdığını, 28 milyard dollar xidmət ticarəti artıqlığı (profisiti) yarandığını qeyd edib. Bundan əlavə, ötən il Türkiyənin podrat şirkətləri xarici ölkələrdə 18 milyard dollarlıq layihələrin qalibi olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)
