Mərkəzi Bank 2020-ci il üçün inflyasiya hədəfini açıqladı
“2020-ci ildə də pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində (2-6%) saxlanılması təşkil edəcəkdir”.
“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Hədəf istehlak qiymətləri indeksinin illik, yəni son 12 ayda dəyişimi üzrə müəyyən edilmişdir. Bu hədəfə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaqdır.
2020-ci il və ortamüddətli dövrdə də pul siyasətinin prioritet məqsədi qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır. Qiymət sabitliyinin pul siyasətinin digər məqsəd və vəzifələrindən mütləq üstünlüyü növbəti ildə də təmin ediləcəkdir. İnformasiya açıqlığı növbəti ildə də pul siyasətinin mühüm prinsiplərindən biri olacaqdır.
Bəyanatda qeyd edilib ki, qiymət sabitliyi istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Qiymət sabitliyi hesabına etimad qazanmış siyasət sahibkarlara və ev təsərrüfatlarına öz investisiya və istehlak planlarını ortamüddətli dövrə əminliklə tərtib etməyə imkan yaradır. Stabil aşağı inflyasiya gəlirlərin və yığımlarının dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bu da daxili investisiya potensialını artırır və iqtisadi inkişafa təkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gəlirli əhalinin istehlak səviyyəsini qoruyur və gəlir bərabərsizliyinin dərinləşməsinə mane olur.
HƏMÇİNİN OXU: Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT
Bəyanatda qeyd edilib ki, inflyasiya səviyyəsinin 2019-cu il üçün qəbul edilmiş hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şərtlərdə müəyyənlik yaratmaqla iqtisadi fəallığa mühüm dəstək vermişdir.
Rəsmi statistikaya görə, noyabrda 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən də aşağıda olmaqla 2.6% təşkil etmişdir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
7 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 11 d. əvvəl
-
19 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 39 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb























