Dövriyyəyə yeni 50 avroluq əsginaslar buraxılır
Avropa Mərkəzi Bankı (ECB) daha yüksək təhlükəsizlik parametrləri ilə təmin edilən yeni 50 avroluq əsginaslar buraxıb.
Yeni əsginaslar bu gündən etibarən tədavülə çıxır. Əsginasda təsvir olunan rənglər əvvəlki kimi narıncı və qəhvəyidir. Lakin gözlə görünməyən bir sıra təhlükəsizlik tədbirlərinin alındığı bildirilir.
Əsginasın əsas işarəsi dəyişdirilib və yeni əsginasda qədim yunan mifologiyası qəhrəmanı əks etdirilib. Bundan başqa, əsginas əyildikdə sol aşağı küncün rəngi göydən tünd yaşıla dəyişir. Daha bir önəmli dəyişiklik isə əsginasdakı abbreviaturanın artıq 5 deyil, 10 dildə yazılması ilə bağlıdır. Həmçinin, 2007-ci ildə Bolqarıstan və Rumıniyanın Avropa İttifaqına qoşulması səbəbindən kirill əlifbası ilə "avro" sözü əks etdirilib.
Xatırladaq ki, hazırda dünya üzrə dövriyyədə 18 mlrd. ədəd 50 avroluq əsginas var, bu da ümumi avro əsginaslarının sayının 45%-ni təşkil edir.
Əskinasları yeniləmə prosesi, saxtalaşdırmaya qarşı mübarizə çərçivəsində 2002-ci ildə gündəmə gəlmişdi. Daha əvvəl 5, 10 və 20 avroluq əskinaslar yenilənmiş olaraq dövriyyəyə buraxılmışdı.
2019-ci ilin əvvəlində isə yeni 100 və 200 avroluq əskinaslar bazara çıxardılacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















