AHK Azərbaycan-ın İdarə heyətinə yeni sədr seçilib
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 11 dekabr 2019-cu il tarixində keçirilən İdarə heyətinin görüşündə “KPMG Azerbaijan” şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev İdarə heyətinin sədri seçilib. Bu barədə “Marja”ya Palata-dan bildirilib.
O, “PWT Wasser- und Abwassertechnik GmbH” şirkətinin Bakı filialının rəhbəri, Falko Haydrixi əvəz edib.
Fərid İsayev Londonun Kingston Universitetinin Beynəlxalq Hüquq üzrə LLB dərəcəsinə malikdir. Neft və qaz sənayesi, miqrasiya, əmək quruculuğu, dövlət və özəl tərəfdaşlığı, korporativ və beynəlxalq ticarət hüququ kimi müxtəlif sahələrdə fəaliyyət göstərən cənab İsayev, eyni zamanda bank və sığorta sektorlarında da geniş təcrübəyə sahibdir. 2013-cü ildə KPMG komandasına qoşulmadan öncə cənab İsayev Bakıda “Big4” audit şirkətlərindən birində hüquq sahəsində fəaliyyət göstərib. Onun beynəlxalq təcrübəsinə neft və qaz ticarəti sektorunda dünyanın ən böyük əmtəə ticarətçilərindən biri olan “Glencore International” şirkətinin Londondakı ofisində fəaliyyəti də daxildir. 2013-cü ildən etibarən AHK Azərbaycan-ın İdarə heyətinin üzvü olan Fərid İsayev 2016-cı ildən Palatanın İdarə heyətinin Sədr müavini kimi fəaliyyət göstərib. Eyni zamanda cənab İsayev Korporativ İdarəetmə, İnvestisiyalar, İnvestorlarla Əlaqələr, İş Etikası və Korporativ Sosial Məsuliyyət mövzularını əhatə edən Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Hökumət Komissiyasının üzvüdür və müntəzəm olaraq müvafiq biznes məsələləri üzrə məqalələr dərc edir.
Palatanın yeni İdarə heyətinə “KPMG Azerbaijan” şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev, “NORM” şirkətinin Baş İcraçı Direktoru Dr Henninq Sasse, “AccessBank”ın İdarə heyətinin sədri və Baş İcraçı Direktoru Anar Həsənov, “Uniper Global Commodities SE” şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə Vitse-Prezidenti Dr Michael Hilmer, “Hyatt Regency Baku Hotel”in Baş direktoru Valter Gag, “Weidmüller Interface GmbH & Co. KG” şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə Meneceri Əliyar Həşimli, və AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumann daxildir. İdarə heyəti üç il müddətinə təyin olunur.
Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılmışdır. 140- dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
5 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
6 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
6 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
6 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"
























