“2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn ildən platformalarında səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırır.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “S&P Global Platts”a müsahibəsində bildirib.
SOCAR-ın prezidenti qeyd edib ki, şirkət neft hasilatında səmt qazının şamda yandırılmasının məhdudlaşdırılması daxil olmaqla, ətraf mühit siyasətindən iqtisadi mənfəət əldə edib: “Platformalarımızda səmt qazının şamda yandırılmaq əvəzinə toplanılması nəticələri kifayət qədər nəzərəçarpandır. Bu, həm ətraf mühitin qorunması, həm də SOCAR üçün əlavə gəlir mənbəyi olmaq baxımından əlverişlidir”.
O qeyd edib ki, SOCAR-ın platformalarında toplanmış səmt qazının həcmi ümumi illik qaz hasilatının 15%-ni təşkil edir. R. Abdullayevin sözlərinə görə, 2020-ci ildən etibarən səmt qazının yandırılmasının sıfıra endirilməsi planlaşdırılır. “Gələn ildən etibarən SOCAR-da səmt qazının yandırılması sıfıra endiriləcək. Bu, 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsündə iştirak edən digər şirkətlərlə müqayisədə bizə üstünlük verəcək. Elə bu misaldan da göründüyü kimi, ekoloji proqram həm istehsalat, həm də biznes dayanıqlılığına töhfə ola bilər. Davamlılıq bir şirkət olaraq bizim üçün daha əhəmiyyətli olmağa başlayıb”,- SOCAR prezidenti əlavə edib.
Avropada üzvi yanacaq olaraq təbii qaza qarşı neqativ münasibətə şirkətin mövqeyinə gəlincə o bildirib ki, Avropanın enerji balansında təbii qaz hələ də əhəmiyyətli rola malikdir:
“Biz şirkət olaraq təbii qaza qarşı yönələn kütləvi bir etiraz müşahidə etmirik. İctimai etiraz daha çox ümumilikdə üzvi yanacaqların ifrat istifadəsinə qarşı yönəlir. Bunlar ümumi mülahizələrdir, lakin korporativ perspektivdən yanaşanda Azərbaycanın təbii qazının satışı ilə bağlı hər hansı narahatlığımız yoxdur. Biz ən yüksək təhlükəsizlik və ətraf mühit standartlarına cavab verən Cənub Qaz Dəhlizini, demək olar ki, tamamlamışıq”.
R.Abdullayev vurğulayıb ki, Avropa Komissiyasının sifarişi ilə aparılmış tədqiqatların nəticələrinə görə, Avropanı qazla təchiz edən mənbələr arasında Azərbaycan qaz yataqlarından istehlak bazarına qədər olan zəncirdə ən aşağı emissiya yaradan mənbə hesab edilib: “Biz Avropanın aparıcı şirkətləri ilə qaz satışına dair 25 illik müqavilələr imzalamışıq. Alıcılarımızı bizim məhsullarımızla bağlı hər hansı çətinlik gözləmir, çünki proqnozlara görə Avropada yerli hasilat ilə tələbat arasındakı boşluq böyüməkdədir”.
Bundan başqa, SOCAR-ın prezidenti qeyd edib ki, şirkət karbon emissiyalarının yığılması, istifadəsi və saxlanılması layihələrini emissiyaların azaldılmasının yolu kimi görür.
O məlumat verib ki, SOCAR-ın uzunmüddətli hədəfi sıfır emissiyalı şirkət olmaqdır və buraya hibrid maşınlar və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələri kimi ekoloji baxımdan daha sərfəli nəqliyyatdan istifadə daxildir.
“SOCAR istehsal zəncirinin müxtəlif seqmentlərində yaranan karbon emissiyalarının yığılması, xammal kimi istifadəsi və yeraltı laylara vurulması üzrə müxtəlif layihə ideyalarını nəzərdən keçirir. Metanol zavodumuzda yanma prosesində alınan CO2 emissiyalarının təkrar istifadəsi üçün avadanlıqlar və on-line monitorinq sistemi yaradılıb. Bəzən ictimai diskurs enerji mənbələri arasında fərqi nəzərə almır, neftin və qazın yanacaq olmaqdan başqa rolları da diqqətdən kənarda qalır. Biz bir neçə ildir, neft-kimya sənayesinə intensiv sərmayələr qoyuruq. Plastik kütlələr, gübrələr, rezin, dərman preparatları kimi istehlak mallarının istehsalını kimyəvi xammalla təmin edirik. Neft-kimya sənayesinin xammala olan tələbatını isə neftçıxarma sənayesi təmin edir.
Biz ətraf mühiti çox çirkləndirən və nisbətən az çirkləndirən üzvi yanacaqlara qoyulan məhdudiyyətləri də fərqləndirməliyik. Bu fərqləndirmə olmasa, enerji səbətində mazut və kömür kimi ətraf mühiti daha çox çirkləndirən, lakin nisbətən daha ucuz olan yanacaqların daha təmiz alternativ olan təbii qaza nisbətən çəkisinin artması ekoloji riskdir. SOCAR beynəlxalq ekoloji hərakat çərçivəsində üzərinə həm də təşəbbüskar və aparıcı qüvvələrdən biri kimi əlavə rol götürüb. Məsələn, SOCAR qısa müddət əvvəl iqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının roluna həsr olunmuş konfransın təşkilatçısı olub”,- SOCAR-ın prezidenti qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
18 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
18 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
19 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
19 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
19 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
19 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)









.jpg)



