BirKart-la Əbu-Dabiyə bilet qazanın!
(®) Kapital Bank BirKart-ın Facebook səhifəsində yeni yarışmaya start verir. 10-28 dekabr 2019-cu il tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.
Yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında BirKart-ın Facebook səhifəsinin Messemger-ində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə bot vasitəsilə müştərilərə növbə ilə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər.
10 qalib 29 dekabr 2019-cu il tarixində BirKart-ın Facebook səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək. Onlardan 1 nəfər Etihad Airways tərəfindən Əbu-Dabi şəhərinə 2 nəfərlik bilet (gediş-dönüş) və BirKart Miles Debet plastik kartı, digər 9 nəfər isə BirKart Miles Debet plastik kartı hədiyyə qazanacaqlar.
Qeyd edək ki, “Aican” Messenger-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
24 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















