"Neftin qiyməti 40 dollara düşə bilər" xəbərdarlığı edildi
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bu gün başlayacaq yığıncağından əvvəl Brent neftin barel qiymətinin 40 dollara qədər düşə biləcəyi xəbərdarlığı edilib.
Norveçdəki müstəqil enerji araşdırma təşkilatı "Rystad Energy", bu gün Avstriyanın paytaxtı Viyanada başlayacaq OPEC-in 177-ci yığıncağı əvvəli qlobal neft bazarının vəziyyətini qiymətləndirib.
"Marja" xəbər verir ki, "Rystad Energy"dən verilən açıqlamda, OPEC üzvü ölkələr və müttəfiqlərinin (Rusiya, Azərbaycan və digər 8 ölkə) xam neft hasilatının azaldılması razılaşmasının müddətini uzatmaması və azaltma miqdarını artırmaması vəziyyətində Brent növü xam neftin barel qiymətinin gələn il 40 dollara qədər düşə biləcəyi vurğulanıb.
Qlobal neft bazarında gündəlik ortalama 1 milyon barel təklif artıqlığının neft qiymətlərində təxminən 5% enişə səbəb ola biləcəyinə diqqət çəkilən açıqlamada, bunun gələcək 6 ayda qiymətlərdə 30% azalmaya səbəb ola biləcəyi xəbərdarlığı edilib.
"OPEC-Plus" olaraq adlandırılan OPEC və müttəfiqləri 2016-cı ilin Dekabr ayında cəmi xam neft istehsalı (hasilatı) miqdarını gündəlik ortalama 1,8 milyon barel azaltmaq qərarı vermiş və bunu 2018-ci ilin Dekabr ayınadək tətbiq etmişdilər.
OPEC və OPEC-ə üzv olmayan ölkələr, 2018-ci ilin Dekabr ayında xam neft istehsalının azaldılması miqdarını gündəlik ortalama 1,2 milyon barelə salmaq qərarını vermiş, daha sonra bunu 2020-ci ilin Mart ayına qədər uzatmışdılar.
"Rystad Energy"nin açıqlamasında, "OPEC və OPEC-ə üzv olmayan neft ölkələri üçün açıq bir mesajımız var. Bu an qüvvədə olan istehsalın azaldılması razılaşmasının uzadılması balanslı bir neft bazarı və qiymət mühitinin 2020-də formalaşması üçün kafi deyil", - deyilir.
PROQNOZ REALLAŞSA AZƏRBAYCANA TƏSİRİ
2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatında bildirilmişdi ki, 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər:
"Bununla yanaşı, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir. Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunmuşdur.
Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
7 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
7 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
12 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























