Yeni avtomobil 6915 manat ilkin ödənişlə
(®) Volkswagen Polo Sedan Comfortline üçün yeni kredit və lizinq şərtləri tətbiq olunur.
Beləki, artıq 2019-cu il Yeni Polo Sedan avtomobillərinə 6915 AZN-dən başlayan ilkin ödənişlə sahib ola bilərsiniz. Hazırda Polo Sedan Comfortline avtomobili çox əlverişli şərtlərlə - 27000 manata deyil, cəmi 25000 manata təklif olunur.
Yeni lizinq şərtlərinə əsasən, ilkin ödəniş minimum 20% olmalıdır, qalan məbləğin üzərinə cəmi 18% illik gələcək. Əvvəlki şərtlərdə bu rəqəmlər analoji olaraq 25% və 22% idi. Bundan əlavə ilkin ödənişə daxil olan xərclərdə də dəyişikliklik və güzəştlər var. Beləki, kasko sığorta artıq bütün lizinq müddətinə güzəştli şəkildə hesablanacaq. Beləliklə Polo Sedan Comfortline avtomobilinə sahib olmaq üçün 3 illik, ayda 724 AZN ödəyəcəksiniz, ilkin ödəniş bütün xərclər və kasko sığorta ilə birlikdə 7565 AZN olacaq. 5 illik ayda 508 AZN ödəyəcəksiniz, ilkin ödəniş bütün xərclər və kasko sığorta ilə birlikdə 8115 AZN olacaq.
Kredit şərtlərində də müəyyən güzəştlər və dəyişikliklər var. Artıq kredit məbləği illik 18%-dən 16%-ə endirilmişdir. Lizinqdən əsas fərq ilkin ödəniş məbləğinin avtomobilin qiymətinin 50%-i məbləğində olmasıdır. Bundan əlavə, avtomobil də tam olaraq müştərinin adına keçirilir. 2 illik kredit zamanı aylıq 624 AZN ödəyəcəksiniz, ilkin ödəniş bütün xərclər daxil olmaqla 14513 AZN-dir. 3 illik kredit zamanı aylıq ödəniş cəmi 440 AZN-ə düşür, bu zaman ilkin ödəniş isə 14803 AZN olacaq. İlkin ödənişə bütün qeydiyyat xərcləri və sığorta daxildir.
Kampaniya məhdud sayda avtomobil üçün nəzərdə tutulub və qısa müddətlidir.
Daha ətraflı məlumat və sifariş üçün şəhər telefonlarından *7788 ilə əlaqə saxlaya və ya Volkswagen Bakı Məkəzinə yaxınlaşa bilərsiniz.
Ünvan Babək prospekti 35A
Əlaqə telefonu: *7788
(+994 55) 555 77 88
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/





Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
20 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















