Qeyri-neft məhsullarının ixracı cəmi 1,4 milyard dollar valyuta gətirib
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14 milyard 459,2 milyon dollar, idxalın dəyəri 10 milyard 378 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 81,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1 milyard 413,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1 faiz, real ifadədə isə 12,1 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya, 4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (21,5 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,4 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,2 faiz), İrana (1,5 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər – 49,5 faiz, tütün – 2,0 dəfə, meyvə və tərəvəz şirələri – 33,7 faiz, çay – 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 49,6 faiz, pambıq lifi – 47,2 faiz, pambıq ipliyi – 38,1 faiz, emal olunmamış alüminium – 24,1 faiz, polietilen – 2,5 faiz, bentonit gili – 17,2 faiz artmış, təzə tərəvəz ixracı isə 3,0 faiz, kartof – 7,2 faiz, bitki yağları – 17,2 faiz, meyvə və tərəvəz konservləri – 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,7 faiz, qara metallardan yarımfabrikatlar – 3,6 faiz, qara metallardan borular – 81,9 faiz azalmışdır.
2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər – 39,9 faiz, təzə meyvə – 2,7 faiz, bitki yağları – 6,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 13,0 faiz, çay – 2,5 faiz, quş əti və onun əlavə məhsulları – 9,6 faiz, kartof – 23,9 faiz, mal əti – 13,2 faiz, təzə tərəvəz – 36,3 faiz, minik avtomobilləri – 1,9 dəfə, polad prokatı – 25,6 faiz, mineral gübrələr – 47,6 faiz, hesablama maşınları, blok və qurğuları – 35,5 faiz, rezin şinlər – 12,7 faiz, mebellər – 9,6 faiz, avtobuslar – 3,4 dəfə, məişət kondisionerləri – 1,6 dəfə, polietilen – 27,8 faiz, yük avtomobilləri – 3,7 dəfə, paltaryuyan maşınlar – 9,3 faiz, qara metallardan künclüklər – 13,2 faiz artmış, siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular – 13,6 faiz, qara metallardan çubuqlar – 20,0 faiz, sement və sement klinkerləri – 17,8 faiz, məişət soyuducuları – 17,1 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
4 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
-
21 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
























