Azərbaycan protokol və işgüzar etiket üzrə aparıcı ekspertlərin beynəlxalq forumunda iştirak edib
Rusiya paytaxtı Moskva şəhərində oktyabrın 31-dən noyabrın 1-dək V "Protokol Xidməti" Beynəlxalq Forumu (FEPS) keçirilib.
"News.ru" xəbər verir ki, forumda dövlət idarəçiliyi və biznes sahələrində protokol və işgüzar etika üzrə dünyanın aparıcı ekspertləri iştirak ediblər.
Forumun işində 1990-cı ildə Rusiya Prezidentinin Protokol Xidmətini yaratmış Vladimir Şevçenko, Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının sədri Georgi Vilinbaxov və protokol və işgüzar etika sahəsində bir çox tanınmış şəxslər, müxtəlif nazirlik və idarələrin protokol xidmətlərinin rəsmiləri, regionların nümayəndələri, iri korporativ biznes strukturlarının və bank sektorunun rəhbərləri, özəl biznes sahibləri iştirak ediblər.
Bundan əlavə, foruma Azərbaycan, Argentina, Malta, İtaliya, İspaniya, Niderland, Yaponiya və digər ölkələrdən qonaqlar da qatılıblar. SOCAR-ın İctimaiyyətlə əlaqələr, protokol və tədbirlərin təşkili idarəsinin rəisi Rüfət Zamanov forumda məruzəçi qismində iştirak edib.
Forum Rusiya Milli Protokol İşçiləri Assosiasiyası tərəfindən təşkil olunub. Forumun keçirildiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrindən 200-dən çox ekspert və Rusiyanın 50 regionundan 2500 nümayəndə tədbirə qatılıb.
"Protokol Xidməti" Forumu hər il şirkətlərin bazar mövqeyi, tədbirlərin və ən yüksək səviyyəli danışıqların uğurla keçirilməsi, işgüzar mühitdə mədəniyyətlərarası əlaqələrin aktual mövzularını qaldırır. FEPS iştirakçıları protokol xidmətlərinin müasir işi üçün zəruri olan əsas alətləri, innovativ və texnoloji həlləri müzakirə edirlər. Forum böyük ölçüdə bütünlükdə sahənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Bu, hökumət rəsmilərinin, işgüzar dairələrin, rusiyalı və xarici mütəxəssislərin iştirakı ilə diplomatik və işgüzar protokol məsələlərini müzakirə etmək üçün hər il keçirilən böyük beynəlxalq tədbirdir.
Forumun açılışında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun təbrik məktubu oxunub.
Milli Protokol Mütəxəssisləri Assosiasiyasının prezidenti Vladimir Şevçenko protokol xidmətinin əsas missiyası barədə danışıb. Onun sözlərinə görə, bu, kifayət qədər mürəkkəb, uzun hazırlıq tələb edən peşədir.
Milli Protokol Mütəxəssisləri Assosiasiyasının prezidenti Vladimir Şevçenko:
"Burada hər zaman hər şey ən yüksək səviyyədə olmalıdır. Əsas vəzifəmiz tədbirdə iştirakçılara bütün lazımi məsələləri səmərəli və konstruktiv şəkildə müzakirə etmək imkanı verəcək düzgün ab-havanı təmin etməkdir".
SOCAR-ın İctimaiyyətlə əlaqələr, protokol və tədbirlərin təşkili idarəsinin rəisi Rüfət Zamanovun sözlərinə görə, protokol qaydalarına riayət etmək ayrı-ayrı dövlətlərin nümayəndələri arasında ünsiyyət məsələsində xüsusi əhəmiyyət kəsb edir: "Xüsusilə bugünkü sürətlə dəyişən dünyada danışıqlarda iştirak edənlərin tarixi, mədəni və dini xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Həmçinin müxtəlif strukturların protokol mütəxəssisləri ilə kommunikasiyası və koordinasiyası da zəruridir".
SOCAR-ın İctimaiyyətlə əlaqələr, protokol və tədbirlərin təşkili idarəsinin rəisi Rüfət Zamanov:
"Protokol normaları və standartları bu gün çox vacibdir. Lakin müasir cəmiyyətin reallıqları ondan ibarətdir ki, digər bölmələrlə ünsiyyət də zəruridir. Protokol xidməti şirkətin imici ilə məşğul olan strukturlardan biridir. Ancaq eyni zamanda digər strukturlarla - mətbuat xidməti, PR mütəxəssisləri, event-menecerlər və s. ilə qarşılıqlı əlaqədə olmaq vacibdir. Məsələn, tədbirlərin təşkili ilə məşğul olan insanlar mütləq şəkildə protokol mütəxəssisi deyillər, buna görə də bilmədən səhv edə bilərlər. Məhz bunun qarşısını almaq üçün protokol xidməti ilə sıx əlaqə qurmaq lazımdır".
Amma bütün cəmiyyət kimi, protokol da dəyişir və bu normal bir prosesdir. Yeni problemlər və formatlar, məsələn, tədbirlər çərçivəsində görüşlər və ya qalstuk olmadan görüşlər meydana çıxır.
Bu gün nəinki böyük korporasiyaların rəhbərləri, hətta dövlət başçıları da sosial şəbəkələrdə kifayət qədər fəaldırlar. Bu gün bu, artıq adi təcrübədir. Bu da kommunikasiyada müasir texnologiyalardan istifadəsinin göstəricisidir.
İşgüzar etiket və protokol anlayışları bir çox cəhətdən oxşardır və bir-birinə bağlıdır. Buna görə protokol və etiketi kompleks nəzərdən keçirmək daha yaxşı olardı.
Etiketdən fərqli olaraq, protokol normaları dünyanın bütün ölkələrində, demək olar, eynidir. Protokolun əsası və mahiyyəti fəxri qonağa, onun təmsil etdiyi ölkəyə və insanlara dərin hörmətin ifadəsidir.
Əlbəttə, hər bir ölkənin protokolunun öz nüansları var. Diplomatik protokol zəngin tarixə malikdir. O, qədim dövrlərdə yaranıb. Tarixdə protokol qaydaları ilə ehtiyatsız davranış səbəbilə münasibətlərdə münaqişə vəziyyətlərinin yaranmasına dair bir çox nümunə var.
"Bu gün müxtəlif ölkələrin dövlət qurumlarının, habelə kommersiya strukturlarının nümayəndələri bir-biri ilə çox fəal əlaqə qururlar və buna görə protokol normalarının tənzimlənməsinə böyük ehtiyac var", - R.Zamanov söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
5 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
5 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
5 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
5 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"

























