Azərbaycan "neqativ"dən "stabil"ə yüksələ bilər
Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqi üzrə proqnoz yaxın vaxtlarda artırıla bilər.
Buna səbəb 2016-cı ilin son rübündən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən sərt monetar siyasət və hökumətin büdcə xərcələrini azaltmasıdır. Belə ki, AMB son iki rübdə manat kütləsini depozit hərracları, not satışı vasitəsilə azaltmağa müvəffəq olub. Nəticədə, Azərbaycanda 2017-ci il fevralın 1-nə dövriyyədə olan nağd pul kütləsi 6 541 mln. manat təşkil edib ki, bu da yanvarın 1-nə olan analoji göstəricidən 6% azdır. Lakin, bu, son iki ilin minimal həddindən 32% çoxdur.
Digər bir amil isə büdcə kəsirinin ÜDM-ə nisbətinin 2016-cı ilin yekununda 0,4% təşkil etməsi ilə bağlıdır. Belə ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanda daha yüksək büdcə kəsirinin olacağını ehtimal edirdilər. Sadalanan iki amil Azərbaycanda nisbi maliyyə sabitliyinin bərpa edildiyini göstərir.
Analitiklər yay aylarında neftin qiymətinin 60 dollar/barel həddinə yaxınlaşması ehtimalını nəzərə alaraq, maliyyə sabitliyinin davam etməsi durumunda 3 beynəlxalq reytinq agentliyi - "Moody's", "S&P" və "Fitch" tərəfindən kredit reytinqi üzrə "neqativ" proqnozun "stabil"ədək yüksəldiləcəyini proqnozlaşdırır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























