"Dövlət şirkətinə qarşı vətəndaşlarda hiddət hissini yaratmağa çalışırlar"
Azərbaycanın özəl internet provayderi "Avirtel" MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom" MMC-ni məhkəməyə verib.
Məlumata görə, iddia Sumqayıt İnzibati - İqtisadi Məhkəməsində qaldırılıb.
İddiaya səbəb Abşeron rayonu ərazisində "Avirtel"in fəaliyyətinin dayandırılmasıdır.
Məsələ ilə bağlı "Avirtel"in nümayəndəsi Sevda Şabani bildirib ki, Abşeron Telekommunikasiya Qovşağının (TKQ) rəisi Mikayıl Babayev şirkətə maneələr yaradır: "Qovşağın ərazisində “Avirtel”in 3 minə yaxın istifadəçisinin xətti qanunsuz olaraq “Aztelekom”a keçirilib, ATS-lərdə bizə məxsus texniki avadanlıqlar söndürülüb. Bu addımların qarşısının alınması və müştərilərimiz arasında narazığın yaranmaması üçün məhkəməyə müraciət etmişik, lakin təəssüf ki, bu günə qədər hər hansı tədbir görülməyib".
Onun sözlərinə görə, təmsil etdiyi şirkət işə baxan hakimin mövqeyinin qərəzli olması qənaətindədir, buna görə də Məhkəmə Hüquq Şurasına da müraciət edib.
"İstəyimiz məcburi şəkildə “Aztelekom”a keçirilmiş istifadəçilərimizin geri qaytarılması və bizə dəymiş maddi ziyanın ödənilməsidir. Ölkə prezidentinin iqtisadiyyata investisiyaların cəlb edilməsi, qorunması, sahibkarlığa dövlət dəstəyi, rəqabətin təmin edilməsi, haqsız rəqabətin aradan qaldırılması ilə bağlı fərman və sərəncamlarına baxmayaraq, Abşeron TKQ-nın rəisi M.Babayevin 100% xarici investisiyalı bir şirkətə qarşı atdığı addımlar təəssüf doğurur. Bu məsələ ilə bağlı digər dövlət qurumları da məlumatlandırılıb", - deyə S.Şabani qeyd edib.
Məsələ ilə bağlı "Aztelekom"da mövqeyini açıqlayıb. Şirkətdən bildirilib ki, "Avirtel"lə bağlanmış müqavilənin müddəti bitib: "1 yanvar 2013-cü il tarixində “Aztelekom” (Abşeron TKQ) və “Avirtel” arasında sahənin və enerjinin istifadəyə verilməsinə dair müqavilə bağlanıb. Həmin müqavilənin qüvvədə olma müddəti 1 il müəyyən edilib, müddətin bitməsinə 15 gün qalmışa qədər tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmadıqda, müddətin növbəti 1 il üçün uzadılması nəzərdə tutulub.
2016-cı ildə isə göstərilən xidmətlərə görə tariflərdə dəyişiklik edildiyindən, yeni şərtlərə uyğun müqavilə bağlanmasına ehtiyac yaranıb. Bununla bağlı bütün provayderlər, o cümlədən “Avirtel” rəsmi şəkildə məlumatlandırılıb. Lakin bütün digər provayderlər həmin tariflərə uyğun müqavilə bağlasa da, “Avirtel” həmin müqaviləni imzalamaqdan imtina edib, eyni zamanda 2013-cü ildən müəyyən edilmiş tariflərlə hesablanmış müqavilə üzrə ödənişləri icra etməkdən qəsdən yayınıb.
Müqavilənin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi müddəasına əsasən növbəti müddətə uzadılmayacağına dair “Aztelekom” “Avirtel”ə 30 noyabr 2018-ci il və 6 dekabr 2018-ci il tarixli rəsmi bildirişlər göndərib.
Hazırda “Avirtel”in Abşeron TKQ-nin xidməti ərazilərindəki binalarda öz avadanlıqlarını yerləşdirməsinin və eyni zamanda elektrik enerjisindən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur. “Avirtel” bütün bunlardan xəbərsiz olan abunəçilərini məsələnin əsl mahiyyətindən yayındıraraq bu məsələdə “Aztelekom”u, o cümlədən onun regionlarda fəaliyyət göstərən struktur bölmələrini günahlandıraraq məsuliyyəti öz üzərindən atmağa, dövlət şirkətinə qarşı vətəndaşlarda hiddət hissini yaratmağa çalışır.
Eyni zamanda məlumat üçün bildiririk ki, “Aztelekom” tərəfindən iri miqyaslı layihələr həyata keçirilir. Layihələr çərçivəsində bir neçə regionun telekommunikasiya infrastrukturu yenidən qurulur, TDM stansiyaları NGN şəbəkə avadanlıqları ilə əvəz edilir, köhnə mis kabellər istismardan çıxarılır, əvəzinə isə yeni fiber optik kabellər çəkilir.
Layihəyə start verilməsindən 12 ay əvvəl bölgələrdə fəaliyyət göstərən provayderlər infrastrukturun yenilənməsi haqda rəsmi məlumatlandırılıb, onlara istifadə etdikləri avadanlıqların yeni qurulacaq şəbəkəyə uyğunlaşdırılmasına ehtiyac olduğu bildirilib. Buna baxmayaraq, əksər provayderlər, o cümlədən “Avirtel” tərəfindən dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görülməyib.
Nəticədə həmin provayderin abunəçiləri telekommunikasiya xidmətlərindən məhrum olub. Yaranmış şəraiti nəzərə alaraq, “Aztelekom” milli rabitə operatoru olaraq digər provayderlərin öz infrastrukturunu yeniləmə prosesində olduğu müddət ərzində həmin abunəçilərə bir müddət təmənnasız internet xidmətlərindən istifadə imkanı təqdim edib.
Ötən müddət ərzində vətəndaşların bir qismi öz istəyi ilə “Aztelekom”la abunə müqaviləsi imzalayaraq xidmətlərimizdən yararlanmağa başlayıblar. Digər abonentlər isə alternativ provayderlərin xidmətlərindən istifadə etməkdədirlər".
"Aztelekom” ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə layihələri həyata keçirir. Həyata keçirilən layihələrin məqsədi ölkənin telekommunikasiya xidmətlərinin verilməsi imkanlarının mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, mövcud əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən müasir avadanlıqlarla əvəzlənməsi, son nəsil simsiz rabitə texnologiyasının tətbiq edilməsi və bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksək sürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdən ibarətdir", - deyə dövlət şirkəti bəyan edib.
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























